Bəraət alan şəxslərlə bağlı qərar çıxarıldı
Pravd.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Bəraət alan şəxslərlə bağlı qərar çıxarıldı.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilərək bəraət alan N.Əsgərov və tanışı F.Gözəlovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
İttihama görə, hər iki şəxs zərərçəkmişin bağ evini "AtaBank” ASC-yə girov qoyaraq kredit götürüblər. Məhkəmənin qərarı ilə qeyd olunan bağ evinin bank qarşısında ipoteka predmeti qismində girov qalması nəticəsində zərərçəkmişə 190000 manat məbləğində ziyan dəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əsgərovla F.Gözəlova bəraət verilib. Hökmdən narazə qalan dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə təmin etməyib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)