Müharibə təhlükəsi: İsveç 60 mindən çox nüvə bunkeri hazırlayır
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveç Avropada müharibə təhlükəsi ilə əlaqədar mülki müdafiə sığınacaqlarının yenidən qurulmasına 100 milyon kron (9,2 milyon avro) sərmayə qoyacaq.
Reyting.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Fövqəladə halların idarə olunması agentliyi bildirib ki, hakimiyyət vətəndaşları nüvə, kimyəvi və bioloji silahlardan qorumaq üçün 64 min bunkerin hamısını təkmilləşdirməyi planlaşdırır. İşlərin iki-üç il çəkəcəyi gözlənilir.
Qeyd edək ki, İsveçin bomba sığınacaqları şəbəkəsi dünyanın ən böyüklərindən biridir. Burada 7 milyona qədər insan - ölkə əhalisinin 2/3 hissəsi yerləşə bilər. Hazırda bir neçə min yerlik 25 böyük bunkerin yenidən qurulmasına başlanılıb. Martın sonunda İsveçin baş naziri müdafiə xərclərini Soyuq Müharibədən bəri rekord səviyyəyə çatdırmaq planlarını açıqlayıb. Yeni strategiyaya əsasən, onlar 2030-cu ilə qədər ÜDM-nin 3,5 faizinə çatdırılacaq.
Onu da xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveç silahlı qüvvələrini təkmilləşdirir və mülki müdafiəni gücləndirir.

E. KAMAL
Bu mövzuda digər xəbərlər:Qərb müharibə rejiminə keçməlidir İsveç
19 Oktyabr 2025 12:44
İsveç müharibə vəziyyətində taxıl ehtiyatları hazırlayacaq
15 Oktyabr 2025 15:14
İsveç silahlanır: Rusiya ilə yeni müharibə riskləri nələrdir?
23 Mart 2025 15:52
İsveç Rusiya ilə yeni müharibə barədə xəbərdarlıq edib
11 Sentyabr 2025 08:37
İsveç: İsrailin Qəzzaya ərzaq yardımını əngəlləməsi müharibə cinayətidir
12 İyun 2025 15:51
Baxış sayı:115
Bu xəbər 03 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















