Icma.az
close
up
RU
Zəfərdən sonra dövlətin qarşısında duran yeni vəzifələr

Zəfərdən sonra dövlətin qarşısında duran yeni vəzifələr

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

I məqalə

Milli inkişafın vacib mərhələsi

Milli inkişaf cəmiyyətin və dövlətin tərəqqisinə aid olan kompleks xarakterli prosesdir. Onun bir neçə parametri mövcuddur. Həmin parametrlərin kompleksliyi reallıqda sistem formasında dövlətin suverenliyi, iqtisadi artımı, vətəndaşların həyat səviyyəsinin keyfiyyətinin yüksəlməsini və dayanıqlı milli identikliyin formalaşmasını ifadə edə bilmək səviyyəsi ilə izah edilir. Bu anlamda milli inkişaf mürəkkəb struktura malik və çoxlu komponenti özündə ehtiva edən açıq və özünüyaradan proses olmalıdır. 

Nəzəriyyədə bunu ifadə etmək elə də çətin deyildir, lakin praktikada ona nail olmaq əsaslı yaradıcı və innovativ kurs yeritməyi tələb edir. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonrakı mərhələdə dövlət və cəmiyyət olaraq fəaliyyəti bu prizmada çox aktual məsələ təsiri bağışlayır. Xüsusilə, Prezidentin YAP-ın VIII Qurultayındakı nitqinin daxili məntiqi fonunda vacib ideyalardan biri kimi qəbul edilə bilər. 

Doğrudan da Qurultaydakı nitq prizmasında indiki mərhələdə milli inkişafı necə xarakterizə edə bilərik? Bunun üçün Zəfərdən sonra başlayan mərhələnin bir sıra xüsusiyyətlərinə yenidən nəzər salmaq gərəkdir.  

Milli dirçəliş davam etməlidir

Azərbaycan Prezidenti dəfələrlə müxtəlif kontekstlərdə ərazilərin bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərmişdir. Ola bilsin ki, bəzi dairələr və ölkələr üçün qələbədən sonra ərazilərin bərpası yalnız infrastrukturun bərpası və ya yenidən qurulması kimi təsəvvür edilsin. Yəni bu prosesi sırf sosial-iqtisadi və mədəni özünübərpanın texniki və texnoloji hüdudları daxilində qiymətləndirsin. Bu səviyyədə onu çətin ki, tam olaraq dövlət siyasətinin bir istiqaməti saymaq mümkün olsun. Çünki “dövlət siyasəti” ifadəsinin özünün məzmun çalarları və bütövlükdə konseptual anlam semantikası mövcuddur. 

Dövlət siyasəti elmi ədəbiyyatda dövlət təşkilatlarının ictimai problemlərin həllini və ölkənin strateji məqsədlərinə çatmanın idarəetmək aspektlərində məqsədyönlü fəaliyyətləri kimi ifadə edilir. Deməli, burada ölkə üçün əhəmiyyəti olan problemlərin həlli ilə onu reallaşdırmanın dövlət səviyyəsində strateji məqsədə nail olmanın bir-biri ilə uzlaşdırılması mühüm məqamlardandır. Özlüyündə dövlətin strateji məqsədlərinə çatmasının idarəedilməsi isə çoxlu sayda faktorları vahid istiqamətə fokuslandırmağı tələb edir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpasının dövlət siyasətinin istiqamətlərindən biri kimi qavramı sistemli konseptual təsəvvürlərlə praktiki həyata keçirmə prosesinin özünəxas sintezinə nail olmağı nəzərdə tutur. 

Dörd faktorun qarşılıqlı əlaqəsi

Ümumi səviyyədə burada dörd xüsusiyyətin qarşılıqlı əlaqəsini mütləq nəzərə almaq gərəkdir. Onlar aşağıdakılardır:

Birincisi, məqsədyönlülük (konkret məsələlərin həllinə istiqamətlənmə, məsələn iqtisadiyyatın inkişafı, infrastrukturun bərpası, yeni infrastruktur yaradılması, sosial müdafiə məsələlərinin həlli, təhlükəsizlik və təhsilin təmini və s.)

İkincisi, normativ əsasların dəqiq müəyyən edilməsi (Konstitusiyanın maddələri, qanunlar, hüquqi aktlar)

Üçüncüsü, məqsəd, prinsiplər və ideyalarla (statik aspekt) qurumların və məmurların praktiki fəaliyyəti (dinamik aspekt).

Dördüncüsü, vətəndaşların tələbatları, biznes mühitinin sifarişləri və müxtəlif siyasi qüvvələrin qarşılıqlı əlaqələri nəticəsində formalaşan və elmdə “əks-əlaqə” adlanan fenomenin yaranması. Bu proses iqtisadi (məsələn, infrastrukturun inkişafı), sosial (məsələn, təhsil və sağlamlıqla bağlı proqramların həyata keçirilməsi), daxili mühit (asayişə dəstək), təhlükəsizlik (təhlükələrin profilaktikası) və xarici mühit (məsələn, başqa dövlətlərlə münasibətlər) kontekstlərində bir-biri ilə sıx əlaqədə aparılmalıdır.  

 Həmin şərtlərin fonunda ərazilərin bərpası doğrudan da sistemli dövlət siyasətinin istiqaməti statusunda mürəkkəb prosesi xatırladır. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq aşağıdakı ümumiləşdirici tezisi irəli sürmüşdür: işğaldan azad edilmiş ərazilərin bərpası prosesi yalnız infrastrukturun qurulması deyil, həm də milli dirçəlişin vacib mərhələsidir! Deməli, milli dirçəlişin davam etməsi prinsipial strateji məqsədlərdən biridir. 

VIII Qurultay: Yeni vəzifələr

Bu fikirlərin fonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində qazanılmış Zəfərin Azərbaycan qarşısında yeni vəzifələri qoyması kontekstində ifadə etdiyi müddəalar çox aktualdır. Dövlət başçısının nitqində həmin vəzifələr azad olunmuş ərazilərin bərpası, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və ölkənin uzunmüddətli inkişaf strategiyasının davam etdirilməsi bağlılığında ifadə edilmişdir. Onları motivəedici faktor kimi isə bütövlükdə cəmiyyət və dövlətin təhlükəsizliyini təmin etmək vəzifəsi götürülmüşdür.  

Beləliklə, maraqlı konseptual bağlılıq formalaşır: ərazilərin bərpası, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və uzunmüddətli inkişaf strategiyasının davam etdirilməsi konsepsiya səviyyəsində bir-biri ilə əlaqədə təqdim olunur. Bunun konseptuallıq tərəfi üzərində dayanaq. 

Nitqdə ərazilərin bərpası bütövlükdə Zəfərdən sonrakı mərhələ üçün dövlətin siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi təqdim olunmuşdur. Bu məsələyə Prezidentin nitqində ifadə etdiyi iki tezisin məna sahələrində baxaq. 

Birinci tezis: “Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır...bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək”.

İkinci tezis: “Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə”.

Bu müddəaların semantik müqayisəsi göstərir ki, dövlət başçısı ərazilərin bərpasını ciddi dövlət siyasəti kimi təqdim edir. Onu birbaşa, ümumiyyətlə, bütün Azərbaycanda həyata keçirilən quruculuq kursu kontekstində görür. Konseptual baxımdan məsələnin digər aktual tərəfi “Böyük Qayıdış” kontekstinin xüsusi vurğulanmasıdır. Bu məqam strateji miqyasda ərazilərin bərpası ilə “Böyük Qayıdış”ın başlıca məqsədi arasında dərin bağlantının nəzərdə tutulduğunu göstərir. 

Buradan digər iki mühüm tezisə məntiqi keçid mövcuddur. Bərpa və inkişaf prosesinin səmərəli həyata keçirilməsi üçün zəruri mexanizm kimi dövlət idarəçiliyinin təkmilləşdirilməsinin mahiyyətcə əhəmiyyətliliyi və funksional aspektdə əsas hədəfi məsələsi xüsusiyyətləri aydın özünü göstərir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ölkədə bütün sferalarda davamlı və dayanıqlı tərəqqi ilə idarəetmə sisteminin yeni səviyyəyə yüksəldilməsi arasında sıx bağlılığın inikasıdır.    

Üçüncü tezis - uzunmüddətli inkişaf strategiyasının davam etdirilməsi, əldə olunan nəticələrin möhkəmləndirilməsi və dayanıqlı gələcək üçün ümumi xətt statusunda öncəki tezislərin siyasi və məntiqi çətiri qismində çıxış edir. Yəni bununla bütün prosesin vahid istiqamətdə fokuslanmasının siyasi idarəetmə və fokuslanma aspektində konseptual kompleksləşməsinə nail olunur. Onun başlıca təminedici və praktiki nəticəverici komponenti isə çevik qurucu siyasi-iqtisadi qərarların qəbul edilməsidir. Bu xüsusiyyət yeni konseptual doktrinanın əsas əlamətlərindən biri kimi təsəvvür edilə bilər. 

Eyni zamanda, xronoloji ardıcıllıq baxımından aşağıdakı çox maraqlı mənzərə alınır:   ərazilərin bərpasına paralel olaraq idarəetmənin modernləşdirilməsi aparılır və bu bünövrə üzərində uzunmüddətli inkişafın davamlılığına töhfə verilir (çünki özlüyündə davamlı strateji inkişaf fenomeni konseptual səviyyədə daha geniş və başqa fundamental faktorları ehtiva edir).

Prezidentin Qurultaydakı nitqi prizmasında başqa bir mühüm məsələyə də baxmaq olar. O, Zəfərdən sonra əldə olunmuş nəticələrin qorunması ilə onları dayanıqlı dövlət quruculuğu sayəsində möhkəmləndirmək arasında nisbətlə bağlıdır. 

Nəticələrin qorunması 

Qurultayda Prezident Zəfər sayəsində əldə olunan nəticələr sırasında bir neçə faktoru xüsusi seçmişdir. Ən başlıca vəzifələrdən biri kimi hərbi gücün artırılması vurğulanır. Qələbədən sonra qətiyyən arxayınlaşmaq olmaz. Çünki dünya hələ də çox sürətlə dəyişir və buna görə də təhlükələr, risklər, təhdidlər mövcuddur. 

Buradan başqa bir nailiyyətin qorunmasına ehtiyac məsələsi üzə çıxır. O, təhlükəsizliyin daim gündəmdə saxlanması ilə bağlıdır. Həmin kontekstdə dövlət başçısı təhlükəsizliklə bağlı çox vacib konseptual xüsusiyyəti ifadə etmişdir. Prezident  İlham Əliyev fiziki təhlükəsizliklə ideoloji təhlükəsizliyin eyni dərəcədə aktual olduğunu izah etmişdir. Burada nəzəri baxımdan əhəmiyyətli məqam müasir mərhələdə dövlət və cəmiyyətin təhlükəsizliklərinin münasibətləri fonunda məsələnin nəzəri təsnifidir. 

Yəni Prezident İlham Əliyev təhlükəsizliyin fiziki aspekti ilə informasiya-ideoloji aspekti arasında əsaslı konseptual bağlantını önə çıxarmışdır. Burada başlıca tezis ideoloji-informasiya təhlükəsizliyinin fiziki təhlükəsizlik qədər lazımlı olması ilə əlaqəlidir. 

Bu konseptual təsnifdən aktual qənaətlər əldə etmək olar. Onun üçün nəzəri-konseptual miqyasda fiziki təhlükəsizliklə informasiya-ideoloji təhlükəsizlik arasında məna bağlılıqları tədqiq edilməli və onların təsnifi dövlət başçısının müəyyən etdiyi kontekstdə fəlsəfi-elmi olaraq aparılmalıdır.    

Biz burada məsələyə Prezidentin Qurultayda ifadə etdiyi anlam kontekstində nəzər salmağa çalışacağıq. Dövlət başçısı ideoloji-informasiya təhlükəsizliyi ilə əlaqədar aşağıdakı fikirləri söyləmişdir: “Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.

Belə aydın olur ki, ölkə rəhbəri ideoloji-informasiya təhlükəsizliyini mövzunun dörd aspektinin münasibətləri kontekstində aktual hesab edir – ideoloji-informasiya təhlükəsizliyinin mahiyyəti, məzmunu, təmini mexanizmləri və məqsədi. Bunların hər biri əhəmiyyətli parametrlərdir və onların elmi tədqiqi vacibdir. Bu mövzu çərçivəsində araşdırmalar, əlbəttə, dərinləşməli və genişlənməlidir. Fiziki və ideoloji təhlükəsizliyin elmi izahı fonunda məsələnin aktuallığı daha aydın görünür.     

(ardı var)

Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri