Müharibə veteranları iddia qaldırdı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Vyetnam müharibəsinin veteranları və fəalları iyunun 14-də Ağ Evin cənub çəmənliyində keçirilməsi planlaşdırılan “UFC Freedom 250”nin ləğvi tələbi ilə məhkəməyə üz tutub.
"Football-plus.az" xəbər verir ki, iddiaçılar - Virciniya veteranı Pol Romano və fəal Syuzan Duqlas - tədbiri dərin korrupsiya adlandırırlar, çünki Prezident Donald Tramp UFC və onun baş direktoru Dana Uayta “özəl, kommersiya idman tədbirinə evsahibliyi etmək üçün Ağ Evə və Linkoln Memorialına maneəsiz giriş icazəsi” verib.
Onlar iddia edirlər ki, UFC federal ərazidə keçirilən tədbirdən əhəmiyyətli gəlir əldə edəcək ki, bu da qanunsuzdu.
“Prezident Amerikanın ən hörmətli iki abidəsini özəl bir korporasiyaya təhvil verib ki, o və müttəfiqləri mənfəət əldə edə bilsinlər. Bu korrupsiyadı. Bu abidələr bütün amerikalılara məxsusdu - Dana Uayta, Crypto.com kimi reklamçılara və Donald Trampa yox. Biz məhkəmədən qanunun tətbiqini xahiş edirik, çünki administrasiya bunu etməkdən boyun qaçırır”, - bu ifadələr Duqlasın bəyanatında yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 İyun 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















