Mərdəkanda Müharibə Veteranları Xəstəxanasında təltifetmə mərasimi keçirilib FOTO
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mərdəkanda, Baba Əliyev küçəsində yerləşən Müharibə Veteranları Respublika Xəstəxanasında “Veteran Tankçılar” İctimai Birliyinin (VTİB) rəhbərliyi tərəfindən tədbir keçirilib.
Sherg.az xəbər verir ki, tədbirdə VTİB-in sədri Hacı Əzimov xəstəxananın Nevrolojiya şöbəsinin müdiri Nailə Nəbizadə, tibb bacıları Mətanət Əliyeva, Nərgiz Əlizadə, Yeganə Əliyeva və Afət Lətifovanı Fəxri Fərmanla təltif edib.
Mərasimdə Müharibə Veteranları Respublika Xəstəxanasının direktoru Nicat Cəlilov da iştirak edib. Qazilərə göstərilən diqqət və xüsusi qayğıya görə direktor Nicat Cəlilova, şöbə müdiri Nailə Nəbizadəyə və tibb bacılarına təşəkkür edilib.
Tədbir səmimi şəraitdə baş tutub və iştirakçılar veteranlara göstərilən qayğının dövlət və ictimai qurumlar səviyyəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















