“Müharibəni belə yekunlaşdırmaq mümkün deyil” Laricani
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları sürətlə yekunlaşdırmaq barədə bəyanatlarına cavab verib.
“Qafqazinfo” xəbər verir ki, Əli Laricani özünün “X” hesabında Trampın müharibə strategiyasını tənqid edərək, bu prosesin asan olmayacağını vurğulayıb:
“Tramp “biz bu müharibəni tez qazanmalıyıq” deyib. Amma savaşı başlatmaq asan olsa da, onu “Twitter”də bir neçə paylaşımla yekunlaşdırmaq mümkün deyil. Amerikadan fərqli olaraq, İran uzunmüddətli müharibəyə hazırdır”.
Laricani münaqişənin bitməsi üçün Tehranın əsas şərtini də açıqlayıb. O bildirib ki, ABŞ tərəfi öz səhvlərini etiraf edib buna görə cavab verməyənə qədər İran geri çəkilməyəcək.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar fonunda bölgədə gərginlik pik həddə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Mart 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















