Icma.az
close
up
RU
“Müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb”

“Müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb”

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4 və ya 5 həftə çəkəcəyini söyləmişdi. Müharibənin 4 həftəsi geridə qalıb. Bu hesabla müharibə aprelin ayının ortalarına qədər bitməlidir. Donald Tramp öldürülən ali dini lider və onun ətrafını nəzərdət tutaraq “İranda bir neçə dəfə rejimin dəyişməsinə nail olmuşuq” deyib. Halbuki, ali dini lider və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə Vaşinqtonla danışıqlara hələ marağı yoxdur”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

“Bu arada, müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb. Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl İslamabadda görüşü də bundan xəbər verir. Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran həmin təklifləri rədd edib.

Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabr ayında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi əməliyyata dəstək verəcəyi barədə xəbərlər yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir”,-deyə o əlavə edib.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir:

“Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücüylə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Sabitliyin bərqərarı Çin üçün də əhəmiyyətlidir. İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxışı imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki, Çin Pakistanla strateji tərəfdaş olmasıyla yanaşı Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri