Icma.az
close
up
RU
“Müharibənin rəsmi sonu ola bilər” ŞƏRH EDİLDİ

“Müharibənin rəsmi sonu ola bilər” ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vaşinqtonda keçirilən görüşdən gözləntilər böyükdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında ciddi nəticələrin əldə olunacağı bir prosesin şahidi ola bilərik. ABŞ-ın bu danışıqlarda birbaşa iştirak etməsi sülh müqaviləsinin imzalanması istiqamətində vacib addım kimi qiymətləndirilir: "Əldə olunacaq razılaşma regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verə bilər. Eyni zamanda, bu sülh prosesi bölgədə müharibə riskini aradan qaldırmaqla bərabər, siyasi və iqtisadi əməkdaşlığa da geniş imkanlar yaradacaq.

Bununla yanaşı, ABŞ tərəfindən Azərbaycana qarşı 1992-ci ildən tətbiq edilən 907-ci düzəlişin ləğvi məsələsi də ciddi əhəmiyyət kəsb edir. Bu qərar yalnız Azərbaycan üçün deyil, həmçinin Amerika və region üçün də strateji baxımdan önəmlidir. Müharibənin bitməsinin rəsmi şəkildə təsdiqlənməsi, yəni tərəflər arasında sülh müqaviləsinin imzalanması, təkcə bugünkü reallıqlar üçün deyil, eyni zamanda gələcək üçün də güclü hüquqi və siyasi zəmanət olacaq.

Azərbaycan Prezidentinin Vaşinqtona səfəri, əvvəlki səfərlərlə müqayisədə, həm Azərbaycan tarixi, həm də regional və qlobal siyasi kontekst baxımından daha böyük əhəmiyyət daşıyır. Ermənistanın baş naziri Paşinyanın da sülhə dair verdiyi son mesajlar göstərir ki, rəsmi İrəvan da bu prosesin nəticəyə bağlanmasında maraqlıdır. Artıq tərəflər başa düşürlər ki, bu müqavilənin imzalanması ilə regionda xarici təsirlərin azalması mümkündür.

Görüşdən sonra qəbul ediləcək sənədlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün də faydalı qərarlar ola bilər. Müharibənin bitməsi ilə bağlı hüquqi sənədin imzalanması, bölgədə yeni bir siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Nikbinlik yüksəkdir və gözləntilər böyükdür. Bu prosesin uğurla nəticələnməsi həm regional sabitliyin, həm də davamlı sülhün təminatı ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Avqust 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri