Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Müharibənin yekunu Avropada qüvvələr balansına mütləq təsir göstərəcək ŞƏRH

Müharibənin yekunu Avropada qüvvələr balansına mütləq təsir göstərəcək ŞƏRH

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Rusiya-Ukrayna müharibəsi artıq iki dövlət arasında ərazi və suverenlik uğrunda hərbi qarşıdurma çərçivəsini aşaraq beynəlxalq güc balansına, Avropanın təhlükəsizlik sisteminə və qlobal siyasi-iqtisadi münasibətlərə təsir göstərən geosiyasi prosesə çevrilib. Müharibənin hazırkı mərhələsi göstərir ki, tərəflərdən heç biri öz strateji məqsədlərinə tam nail olmayıb və qarşıdurmanın nəticəsi yalnız cəbhədəki vəziyyətdən deyil, eləcə də iqtisadi imkanlardan, hərbi resursların davamlılığından və beynəlxalq dəstəyin səviyyəsindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, cəbhədə əsas mübarizə Donetsk və digər strateji istiqamətlərdə mövqelərin qorunması və genişləndirilməsi ətrafında gedir:

"Rusiya ərazi nəzarətini artırmaq və Ukraynanın müdafiə potensialını zəiflətmək, Kiyev isə mövcud müdafiə xətlərini saxlamaqla yanaşı, əks-hücumlar və uzaqmənzilli zərbələr vasitəsilə Rusiyanın hərbi-logistik imkanlarına təzyiq göstərmək strategiyasını davam etdirir. Həmçinin lokal irəliləyişlər hələlik müharibənin ümumi gedişində həlledici dönüş yaratmayıb. Müasir döyüş əməliyyatlarında dronlar, kəşfiyyat sistemləri, elektron müharibə vasitələri və dəqiq zərbələrin artan rolu da göstərir ki, hərbi üstünlük artıq yalnız canlı qüvvə və silah arsenalının həcmi ilə müəyyənləşmir. Tərəflərin iqtisadi dayanıqlılığı və hərbi istehsal imkanları da müharibənin uzunmüddətli nəticələrinə birbaşa təsir edir. Cəbhədəki dəyişikliklərin əsas siyasi əhəmiyyəti onların diplomatik danışıqlarda tərəflərin mövqelərinə təsiri ilə bağlıdır. Rusiya hərbi irəliləyişlərdən Ukraynaya ərazi güzəştləri ilə bağlı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ukrayna isə ərazi bütövlüyünü qorumaq və gələcək təhlükəsizliyini təmin etmək məqsədilə bu tələbləri qəbul etmir. ABŞ-nin vasitəçilik təşəbbüsləri və diplomatik təmaslar münaqişənin dayandırılması üçün müəyyən imkanlar yaratsa da, ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik təminatları üzrə fikir ayrılıqları olduğu kimi qalır. Bu səbəbdən atəşkəs ehtimalı ilə davamlı sülh perspektivini eyniləşdirmək olmaz. Münaqişənin uzunmüddətli həlli üçün hərbi əməliyyatların dayandırılması ilə yanaşı, təhlükəsizlik zəmanətləri və siyasi razılaşmanın hüquqi əsasları da müəyyənləşdirilməlidir.

Müharibənin geosiyasi nəticələri isə Avropa ilə məhdudlaşmır. Enerji təchizatının şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafı və beynəlxalq logistika təhlükəsizliyi dövlətlərin strateji prioritetlərinə çevrilib. Bu proses Azərbaycanın geoiqtisadi əhəmiyyətini də artırır. Xəzər hövzəsinin enerji potensialı, Cənub Qaz Dəhlizi və Orta Dəhliz ölkəmizin Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat bağlantısı kimi mövqeyini gücləndirmək üçün imkanlar yaradır. Bununla yanaşı, Rusiya-Qərb qarşıdurmasının davam etməsi regionun təhlükəsizlik mühitinə və regional kommunikasiya xətlərinə mümkün təsirləri nöqteyi-nəzərindən diqqətlə izlənilməlidir. Nəticə etibarilə, müharibənin gələcək gedişi əsasən tərəflərin hərbi və iqtisadi resurslarının davamlılığından, Qərbin Ukraynaya dəstəyindən və diplomatik təşəbbüslərin nəticələrindən asılı olacaq. Belə ki, mövcud fikir ayrılıqları aradan qaldırılmadığı təqdirdə hərbi əməliyyatların uzanması, məhdud atəşkəs və ya münaqişənin dondurulması ehtimalları gündəmdə qalacaq. Hər bir halda, cəbhədəki taktiki dəyişiklikləri strateji nəticə kimi qiymətləndirmək düzgün olmaz. Rusiya-Ukrayna müharibəsinin yekunu yalnız iki ölkənin gələcəyinə deyil, Avropada qüvvələr balansına və beynəlxalq təhlükəsizlik sisteminin yeni konturlarına da mütləq təsir göstərəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri