Müharibəyə son qoymaq üçün razılaşmanın perspektivləri qeyri müəyyənləşir WSJ
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal"ın (WSJ) yazdığına görə, Rusiya rəhbəri Vladimir Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb. "Əvəzində Kreml hökmdarı öz məmurlarından ibarət komandanı ora göndərdi ki, bu da tərəflər arasında danışıqların mümkünlüyünü şübhə altına aldı", - deyə məqalədə qeyd edilir.
Məsələ burasındadır ki, nəşrin qeyd etdiyi kimi, Rusiya danışıqlar qrupuna Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirdilər - diktatorun müharibənin əvvəlində Ukraynanın kapitulyasiyası ilə bağlı danışıqlara göndərdiyi həmin şəxslər.
Nəşr xatırladıb ki, bu danışıqların son sessiyası 2022-ci ilin martında İstanbulda keçirilib və Rusiyanın hərbi məğlubiyyətə uğraması, eləcə də qoşunlarını Kiyevdən və Ukraynanın şimalındakı digər ərazilərdən çıxarması səbəbindən onlar dayandırılıb.
Bu gün İstanbulda Ukrayna və Rusiya arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar baş tutacaq. İclasda ABŞ-dan da nümayəndələr iştirak edəcək.
Dünən axşam saatlarında məlum olub ki, Putin Ukrayna ilə danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. Beləliklə, Rusiya nümayəndə heyətinə Vladimir Medinski başçılıq edəcək.
Həmçinin dünən Amerika prezidenti Donald Tramp danışıqlara gələ biləcəyinə eyham vursa da, sonradan onun bu ideyadan vaz keçdiyi məlum olub.
Qadir, Bizimyol.info
Baxış sayı:60
Bu xəbər 15 May 2025 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















