Icma.az
close
up
RU
Mühüm müqavilə imzalandı

Mühüm müqavilə imzalandı

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Transxəzər fiber-optik kabel xətti Asiya-Azərbaycan-Avropa arasında rəqəmsal bağlantını təmin edəcək

Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenovun səfəri çərçivəsində imzalanan mühüm sazişlərdən biri iki ölkə arasında rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilədir. Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə imzalanan müqaviləyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.

Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək. Rəqəmsal kabelin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olan “AzerTelecom” və “Kazakhtelecom”dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

“Rəqəmsal İpək Yolu”

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər fiber optik kabel xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək.

Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Belə ki, müasir kommunikativ arxitektura sayəsində biznes mühitinin yaxşılaşdırılması sayəsində bu coğrafiyadakı sahibkarların müxtəlif iqtisadi mal və xidmətlər üzrə mübadiələri asanlaşacaq, ticarətin səmərəliliyi yüksələcək. Eyni zamanda, Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.

Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri

Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu “Rəqəmsal İpək Yolu” platforması həm də Türk dövlətlərinin ortaq maraqlarına xidmət edir. Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayında  Özbəkistanda keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.

Beləliklə, Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasını da öz töfhəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək.  Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə  yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.

“Digital Hub” Türk dövlətləri arasında əlaqələri gücləndirəcək

“Digital Hub”, həmçinin türk dövlətlərinin digər böyük hədəflərindən biri olan ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinin icrasını da tezləşdirəcək. Bu saziş ölkələr arasında güzəştli ticarət rejimlərinin tətbiqi üçün ən sərfəli alətlərdən biri hesab edilir. Həmin sazişin ilkin modelini Azərbaycan və Türkiyə öz ticarət rejimlərində 2 ilə yaxındır ki, tətbiq etməkdədir. Belə ki, preferensial (güzəşt) çərçivəsinə əsasən, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Ona görə də, bu hüquqi mexanizmin bütün türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulur. Bu baxımdan DEPA sazişi səmərələşdirici layihə kimi üzv ölkələr arasında  qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində də vahid çərçivəni təmin edəcək.

Beləlilklə, Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal layihələr, ümumilikdə, bütün Türk dövlətləri arasında qarşılıqlı mübadilələrin və birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığı daha da gücləndirəcək, eləcə də biznes qurumları arasında işgüzar münasibətləri genişləndirəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see322

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see319

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see250

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see228

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see226

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see214

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see201

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see194

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see193

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see181

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see179

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see175

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see172

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see172

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see171

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see171

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see166

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see156

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see153

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri