Mülki aviasiya üzrə dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar qəbul etdiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.
Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.
Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















