Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan təhsil müəssisələrinin siyahısı genişləndirilib
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin və digər qurumların siyahısı genişləndirilib.
Bununla bağlı nazirliyin kollegiyasının qərarında dəyişiklik edilib.
Belə ki, dəyişikliklə Balakən Dövlət Peşə Təhsil Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Füzuli Dövlət Peşə Təhsil Mərkəzi və Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi həmin siyahıya əlavə edilib.
Bundan başqa, bəzi peşə təhsili liseyləri və məktəbləri siyahıdan çıxarılıb.
Eyni zamanda siyahıda olan Ağcabədi Peşə məktəbinin adı dəyişdirilərək Nəcəf Qüdrət oğlu Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi kimi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















