Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Münaqişə bölgəsindəki Şimal və Cənub dəhlizlərinin güvənilirliyi azalır, Zəngəzurun cəlbediciliyi artır

Münaqişə bölgəsindəki Şimal və Cənub dəhlizlərinin güvənilirliyi azalır, Zəngəzurun cəlbediciliyi artır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bir kəmər, bir yol layihəsi” ilk dəfə 2013-cü ildə Çin tərəfindən təşəbbüs olaraq irəli sürülüb. Yəni bu layihə hətta Çin Konstitusiyasında belə təsbit edilib. Bu Şərqdən Qərbə, Çindən Avropaya yüklərin güzəştli şərtlərlə daşınması layihəsidir. Əvvəl bu yüklər əsasən Cənub nəqliyyat dəhlizi ilə daşınırdı.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə Avrasiyada 3 istiqamətdə Şərqdən Qərbə və geri yükdaşıma dəhlizləri mövcuddur.

Akif Nəsirli

“Cənub dəhlizi, Şimal dəhlizi və Orta dəhliz. Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi. Lakin Avropa ilə Rusiyanın münasibətləri kəskinləşəndən sonra Şimal dəhlizinin aktuallığı itdi. Bundan sonra Çin Cənub dəhlizindən istifadə etdi. Cənub dəhlizinə dəmir yolu, quru yolu, dəniz yolu, və s. birlikdə “Bir kəmər, bir yol” təşəbbüsü layihəsinə daxildir. Cənub dəhlizi kifayət qədər uzun bir dəhlizdir. Burada xərclər çoxdur. İndi aktual olan “Bir kəmər, bir yol” təşəbbüsünün aktual marşrutu Orta dəhlizdir. Yəni Çindən, Mərkəzi və Orta Asiya ölkələrinə, oradan Xəzər dənizinə və Xəzər dənizinin üzərindən Azərbaycana, Azərbaycandan bir variantda - Gürcüstan, Türkiyə və Avropa, digər bir variantda- Azərbaycan, Ermənistan, Türkiyə və Avropa xətti nəzərdə tutulur. Artıq Gürcüstan üzərindən yüklərin daşınması prosesi sürətlənir”-deyə iqtisadçı qeyd edib.

Akif Nəsirli bildirib ki, yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması ilə Ermənistan üzərindən yükdaşımaların həyata keçirilməsi mümkün olacaq.

“Orta dəhliz, “Bir kəmər, bir yol” layihəsi üçün ən optimal yoldur. Çünki bu yolla yüklərin çatdırılması müddəti Şimal və Cənub dəhlizlərinə nisbətən daha qısadır. Şimal dəhlizindən yüklər 14 günə, Cənub dəhlizindən təxminən 12 günə, Orta dəhlizdən təxminən səkkiz günə Avropaya çatdırılır. Amma Zəngəzur dəhlizi açılandan sonra bu müddət bir gün də qısalacaq. Bu dəhliz Çin və Avropa üçün daha cəlbedici olacaq”-deyən iqtisadçı qeyd edib ki, Cənub dəhlizinin cəlbediciliyinin azalmasında Hindistan, Pakistan, İran faktoru əsas rol oynayır.

“Hindistanla Pakistan arasında bir münaqişə var. Son zamanlar yenidən alovlanıb. Cənub dəhlizi bu münaqişə bölgəsindən keçməlidir. Digər bir tərəfdən, artıq İranla Avropa arasında problemlər var və Avropa üçün İran üzərindən yükdaşımalar arzuolunan deyil. Şimal dəhlizində Rusiya ərazisinin cəlbediciliyi aşağı enib. Cənub dəhlizində əsasən İran, sonra Hindistan və Pakistan cəlbediciliyi azaldır. Eyni zamanda yuxarıda qeyd etdiyim kimi, yüklərin çatdırılmasının uzun zaman tələb etməsi və xərclərinin artıq olması da Şimal və Cənub dəhlizlərinin cəlbediciliyini azaldır və əvəzində Orta dəhlizin cəlbediciliyini artırır”-deyən iqtisadçı vurğulayıb ki, qarşıdakı illərdə gözlənilir ki, Orta dəhliz vasitəsilə Şərqdən Qərbə Azərbaycan üzərindən yükdaşımalar təqribən altı dəfəyə qədər arta bilər və 30 milyon tona çata bilər.

Akif Nəsirli bildirib ki, bu, Azərbaycan üçün ona görə cəlbedici idi ki, tranzit zamanı bütün tranzit ölkələrə müəyyən məbləğdə vəsait ödənilir.

“30 milyon ton yükün keçməsi üçün Azərbaycana böyük miqdarda vəsait daxil olacaq. Bu da Azərbaycan üçün "göydəndüşmə" bir məsələdir. Amma burada Azərbaycanın da mövqeyi var. Dünyada gedən geosiyasi proseslərin töhfəsi var. Bu, bizim ağıllı olmağımızla bağlı deyil. Geosiyasi proseslərin nəticəsidir”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyul 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri