Icma.az
close
up
RU
Münaqişələrdə vasitəçi, dünyada artan təsir dairəsi: Türkiyəyə yaranan ehtiyacın PƏRDƏARXASI

Münaqişələrdə vasitəçi, dünyada artan təsir dairəsi: Türkiyəyə yaranan ehtiyacın PƏRDƏARXASI

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyə son illərdə dünyada liderlik mövqeyini daha da inkişaf etdirir. Son olaraq Hindistan-Pakistan münaqişəsində əldə edilən atəşkəs razılaşmasında vasitəçi, Rusiya-Ukrayna atəşkəs danışıqları üçün ev sahibi olmaq təklifi, Qəzzadakı proseslərdə HƏMAS-ABŞ birbaşa danışıqlarında aktor kimi çıxış etməsi Ankaranı önəmli və vazkeçilməz tərəfə çevirib. Bəs Türkiyəyə yaranan ehtiyacın pərdəarxası məqamları nədən ibarətdir?

Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu Oxu.Az-a açıqlamasında bildirib ki, Türkiyə son illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əzilən xalqları və ölkələri qorumaq, dünyada sülhü bərqərar etmək vəzifəsini öz üzərinə götürüb:

"Liviyada, Suriyada, Somalidə, Sudanda və İraqda imperialistlərin oyunlarını boşa çıxaran Türkiyə son olaraq Hindistan-Pakistan müharibəsində qardaş Pakistanın yanında yer alaraq, qısa müddətdə atəşkəs elan edilməsinə səbəb olub. Türkiyənin gərgin səyləri sayəsində ABŞ İsrailə dəstəyini azaldıb. Bu, üç ayda ilk dəfə ərzaq maşınlarının dünən səhər saatlarından Qəzzaya daxil olması ilə nəticələnib. Ümid edirik ki, Türkiyə iki qonşumuz - Rusiya və Ukrayna arasında da sülhə müsbət töhfə verəcək. Çünki Ankaranın olduğu yerdə sülh var. Ona görə də Türkiyənin güclənməsi dünyanın daha dinc olması deməkdir".

"İllərdir davam edən Rusiya-Ukrayna müharibəsi nəinki ətraf regionlarda dağıdıcı təsirini göstərdi, Avropa İttifaqına da ölümcül zərbə vurdu. ABŞ-nin keçmiş prezidenti Co Baydenin Volodimir Zelenskidən istifadə edərək irəlilətdiyi müharibə səbəbindən onlarla ölkənin iqtisadiyyatı az qala iflasa uğrayıb. Odur ki, Baydenin israr etdiyi bu müharibə Avropaya da, Rusiyaya da, Ukraynaya da və digər region ölkələrinə də qeyri-sabitlik gətirib.

Bayden administrasiyasının hakimiyyətdən getməsindən sonra iqtidara gələn Donald Tramp müharibəyə son qoymaq üçün proses başladıb və təbii olaraq, bu prosesi xarici siyasətinin prioritetlərindən biri kimi görür. Bu istiqamətdə atəşkəs danışıqları üçün Türkiyənin seçilməsi də onu deməyə əsas verir ki, Ankara dünyada çox təsirli və güclü bir aktor olaraq hər fürsətdə sülhə töhfə verir. İstanbul danışıqları ilə "Taxıl dəhlizi" sazişinin əldə edilməsinə vasitəçilik edən Türkiyə dünyanı qida böhranından, hətta aclıqdan xilas etdi. Yenə Türkiyə ABŞ ilə birlikdə cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan atəşkəs və sülh danışıqlarına rəhbərlik edəcək. Ukrayna ilə 30 günlük atəşkəs razılaşması və sülh danışıqlarında iştirak edəcəklərini açıqlayan Rusiya Prezidenti Vladimir Putin də məsələyə müsbət yanaşır. Görünür, ölkəsinin dörddəbiri Rusiya, mədənləri isə ABŞ tərəfindən ələ keçirilən Zelenski artıq bu mənasız müharibənin davamlı olmadığını qəbul edir ki, İstanbula gedərək Putini gözləyəcəyini açıqlayıb. İnanıram ki, Türkiyə və ABŞ-nin təşviqi ilə bu dəfə iki ölkə arasında daimi atəşkəs və sonradan sülh mümkün olacaq", - deyə müsahibimiz əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri