Icma.az
close
up
RU
Çindən silahlı münaqişələrdə itkin düşənlərlə bağlı çağırış

Çindən silahlı münaqişələrdə itkin düşənlərlə bağlı çağırış

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq ictimaiyyət silahlı münaqişələrdə itkin düşənlərin probleminin həlli istiqamətində səyləri artırmalı və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tam şəkildə yerinə yetirməlidir.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib.

BMT Təhlükəsizlik Şurasının brifinqində çıxış edən diplomat bildirib ki, itkin düşmüş şəxslərin axtarışı silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin mühüm aspektidir: “Təhlükəsizlik Şurası 2019-cu ildə 2474 saylı qətnamə qəbul etsə də, onun icrasında irəliləyiş kifayət qədər deyil”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məlumatlarına istinad edən Qenq Şuanq deyib ki, 2024-cü ildə dünyada 56 mindən çox yeni itkin düşmüş şəxs qeydə alınıb ki, bu da son 20 ildə ən yüksək illik artımdır. O, bir neçə münaqişə zonasına diqqət çəkib. Qəzza zolağında 19 ay davam edən döyüşlər zamanı 50 mindən çox insan həlak olub, kütləvi məzarlıqlar aşkar edilib və bir çox insan hələ də itkindir. Sudanda 11,6 milyondan çox insan didərgin düşüb və BQXK 7700-dən çox insanın itkin düşdüyünü qeyd edib. Cənubi Sudanda 100-ə yaxın yardım işçisi həlak olub, daha çoxu itkin düşüb. Dəstə hücumlarının geniş yayıldığı Haitidə insanlar, xüsusilə də qadınlar və uşaqlar tez-tez itkin düşürlər.

“Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərlə bağlı problemin həllində zərər çəkmiş ölkələri dəstəkləməli və zərər çəkmiş hər bir ailəyə cavab axtarmağa və təsəlli tapmağa kömək etməlidir”, - deyən diplomat münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

O, həmçinin münaqişələrin qarşısının alınması və həllinə diqqət yetirməyin zəruriliyini və təsirə məruz qalan ölkələrə beynəlxalq dəstəyin vacibliyini vurğulayıb:

“Çin BQXK-nı, neytrallıq və müstəqillik prinsiplərinə uyğun fəaliyyət göstərən digər beynəlxalq təşkilatları dəstəkləyir. Pekin 2474 saylı qətnamənin həyata keçirilməsini sürətləndirmək və silahlı münaqişələrdə itkin düşmüş şəxslərin probleminin həlli üçün aramsız səylər göstərmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə sadiqdir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri