Icma.az
close
up
RU
Hacıyevin İsraildən sonra Türkiyəyə getməsinin PƏRDƏARXASI: Səfərlər arasındakı SİRLİ ƏLAQƏ KONKRET

Hacıyevin İsraildən sonra Türkiyəyə getməsinin PƏRDƏARXASI: Səfərlər arasındakı SİRLİ ƏLAQƏ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanın beynəlxalq siyasətdə öz yeri və rolu var. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra ölkəmizin siyasi imici xeyli artıb və Azərbaycan regional gücə çevrilib. Elə buna görədir ki, bölgə dövlətləri Azərbaycanla hesablaşır və rəsmi Bakının siyasi kursuna hörmətlə yanaşırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rol da ölkəmizin gücünə güc qatıb. İndi Azərbaycan öz xidmətlərini regional münaqişələrdə vasitəçi kimi təklif edir. Bununla belə Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsi fonunda atılan addımlar, müttəfiq dövlətlərlə aparılan danışıqlar yeni imkanlar açır. Bir neçə gün ərzində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə və Türkiyəyə səfəri də bu yöndə xüsusi qiymətləndirilə bilər.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Taleh Əliyev bildirib ki, Türkiyə Azərbaycan üçün müttəfiq, İsrail isə strateji tərəfdaşlıq statusunda olan ölkədir:

“Azərbaycandan bu ölkələrə və hər iki ölkədən də Azərbaycana dövlət və hökumət başçıları, digər yüksək rütbəli diplomatlar səviyyəsində müntəzəm səfərlər olur. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin müdiri Hikmət Hacıyev bir müddət bundan əvvəl İsraildə, dünən isə Türkiyədə səfərdə olarkən hər iki ölkənin regional maraqları müstəvisində müzakirələr aparıb. Səfərlər arasında əlaqə axtarırqsa, burada şübhəsiz ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı mərhələyə nəzər yetirmək lazımdır. Çox güman ki, Suriyanın yeni keçid hökumətinin Türkiyə ilə daha sıx əməkdaşlıq etməsində və İsrailin Suriya ərazisində təhlükəsizlik bölgəsinin genişləndirilməsi istiqamətində vasitəçiliyi Azərbaycan edə bilər. Nəzərə alaq ki, Azərbaycan yeni Suriya hakimiyyəti ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. Hətta Əsəd rejimi devrildikdən sonra Azərbaycan Suriyada yenidən öz səfirliyini bərpa edib. Və yeni Suriya hökumətinin başçısı Azərbaycana rəsmi səfərə dəvət edilib. Hikmət Hacıyevin Ankara səfərində ikitərəfli münasibətlərin müzakirəsiylə yanaşı, həm də qlobal və regional məsələlərin müzakirəsi də aparılıb. Deməli, Azərbaycan İsraillə Türkiyə arasında Suriya üzərindən münasibətlərin normal əməkdaşlıq müstəvisinə keçirə bilməsi üçün etibarlı partnyordur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri