Icma.az
close
up
RU
İran, İsrail və Rusiya Türkiyəyə qarşı birləşdi: Suriyada baş verənlərin PƏRDƏARXASI KONKRET

İran, İsrail və Rusiya Türkiyəyə qarşı birləşdi: Suriyada baş verənlərin PƏRDƏARXASI KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Əsəd tərəfdarları ilə yeni hökumət qüvvələri arasında döyüşlər başlayıb. Hətta Əsəd qüvvələri iki şəhəri ələ keçiriblər. Bəs görəsən, Suriyada nə baş verir? Bu qarşıdurma vətəndaş müharibəsinə çevrilə bilərmi, yoxsa sabitlik bərpa olunacaq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Suriyada mövcud olan rejimə qarşı maraqlar birləşir:

“İran və İsrail bir-birinə düşmən görüntüsü yaratsa da, mövcud Suriya rejiminə qarşı eyni xətdən istifadə edir. Bu gün İran açıq şəkildə PKK terrorçularını Suriyada necə dəstəkləyirsə, İsrail dövlətinin baş naziri Netanyahu da həmin addımı atır. Eyni zamanda bu gün Suriya ilə bağlı İran və Rusiya diplomatları da görüş keçirib. Rusiya özünün Tartus və Latakiyada olan hərbi bazalarını əldə saxlamaq üçün İsrailə bu yöndə təzyiq edə bilər. Yəni maraqlar birləşib. Bu konteksdə bir tərəfdə PKK terror ünsürləri, digər yanda Əsddən qalma tör-töküntülər belə təxribat xarakterli terror hadisələri törədirlər. Ancaq bunun uzunmüddətli olacağını düşünmürəm. Çünki artıq Suriyanın yeni hökumətinin ordusu hərəkətə keçib. Düşünürəm ki, qısa zamanda bu terror hadisələri və hərbi təxribatlar tamamilə ləğv olunacaq”.

Ekspertin sözlərinə görə, bu, müəyyən mənada Suriya dövlətini də təhlükəsizliklə bağlı ayıq olmağa məcbur edib:

“Yəni Tartus və Latakiya istiqamətindəki Əsəd silahlıları, eyni zamanda şimaldakı PKK-YPG terrorçuları tamamilə ləğv edilmədən Suriyanın sabitliyini və bütövlüyünü təmin etmək mümkün deyil. Nə qədər İran, israil və Rusiay maraqları uzlaşmış olsa da, təxribatlar uzun müddət davam etməyəcək. Ən azından Türkiyə buna imkan verməyəcək. Çünki Əsəd rejiminin yıxılması təkcə Suriya yox, eyni zamanda region ölkələri, hətta ABŞ və Avropa üçün çox önəmli geosiyasi hadisə idi. Belə bir perspektiv Avropadakı suriyalı qaçqınların öz ölkəsinə qayıtmasına şərait yaradır ki, bu da miqrasiya gərginliyini azaldır. Buna görə də, İran terroru dəstəkləyənlərə maliyyə ayırmağa başlasa da, bunun heç bir hərbi-siyasi nəticəsi olmayacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri