Icma.az
close
up
RU
Münaqişələri sülhlə yekunlaşdıran Donald Tramp Nobel Sülh Mükafatının qalibi olmağa çox yaxındır

Münaqişələri sülhlə yekunlaşdıran Donald Tramp Nobel Sülh Mükafatının qalibi olmağa çox yaxındır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi açıqlamada bu məsələdə ABŞ prezidentinə dəstək ifadə edən xarici liderlərin siyahısı dərc olunub. Siyahıya daxildir: Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon Prezidenti Brays Oliqi Nqema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe.

2025-ci il üçün Nobel Sülh Mükafatına 338 namizəd irəli sürülüb ki, onlardan 244-ü fiziki şəxs, 94-ü isə təşkilatdır. Bu, ötən illə müqayisədə xeyli artımdır. 2024-cü ildə 286 namizəd var idi. Namizədlərin ən çoxu 376 namizədlə 2016-cı ildə olub.

2025-ci il üçün Nobel Sülh Mükafatına namizədlərin son namizədliyi yanvarın 31-də idi. Norveç Nobel Komitəsinin üzvləri bu il fevralın 28-də keçirilən ilk iclasında siyahıya başqa adlar da əlavə edə bilərlər.

Nobel Komitəsi namizədlərin adlarını nə mediaya, nə də namizədlərin özlərinə təsdiq etmir. Namizədlərin adlarının mediada ya sırf spekulyasiya nəticəsində, ya da ayrı-ayrı şəxslərin özləri konkret namizədlər irəli sürdükləri barədə məlumat verməsi halları var.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürülməsi, onun sülhyaratma missiyasından irəli gəlir.

Məhəmməd Əsədullazadə

“Donald Tramp Hindistanla Pakistan arasında, Kamboca ilə Tayland arasında, həmçinin Ruanda ilə Konqo arasında atəşkəsə nail olub. ABŞ prezidenti bu münaqişələrdə müəyyən vasitəçi kimi çıxış edib, sülhyaratma missiyası həyata keçirib. Son olaraq Azərbaycanla Ermənistan arasında birgə bəyannamə imzalanması Donald Trampın mövqeyini gücləndirib. Qalan iki münaqişə Qəzza və Rusiya-Ukrayna məsələsidir. Avqustun 15-də Rusiya və ABŞ prezidentləri arasında aparılan danışıqlarda bir çox məsələlər müzakirə olunacaq”-deyən politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsi çox mürəkkəb bir müharibədir və əgər atəşkəs həll olunarsa, təbii ki, Nobel sülh mükafatı daha tez verilə bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, siyahıdakı prezidentlərin imzası varsa, xüsusilə Donald Tramp Ruanda və Konqo arasında sülh müqaviləsini, həmçinin Ermənistanla Azərbaycan arasında birgə bəyannaməni əlində əsas tuta bilər. Politoloqun fikrincə, Hindistanla Pakistan arasında olan münasibət də geniş bir hərbi eskalasiya idi və Donald Trampa bunların əsasında sülh mükafatı verilə bilər.

“Yəni bir neçə münaqişəni dondurması və həll etməsinə görə Nobel Sülh Mükafatı verilə bilər. ABŞ böyük bir dövlətdir, onun təsir rıçaqları da böyükdür. Donald Trampa sülh mükafatının verilməsi mümkündür. Əgər qərar hazırlanıbsa, görünür, müəyyən bir razılaşma da var”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri