Icma.az
close
up
RU
Münaqişələrin həllinə kömək edən Quran surəsi... ARAŞDIRMA

Münaqişələrin həllinə kömək edən Quran surəsi... ARAŞDIRMA

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!..”

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz...”

Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Münaqişələrin həllinə kömək edən Quran surəsi” başlıqlı növbəti yazısının tərcüməsini təqdim edir:

“Quran Allahdan qorxanlar və doğru yolu tutmaq istəyənlər üçün bir rəhbərdir. Quranın hər bir surəsi özünəməxsusdur, dili təkrarolunmazdır, mənası dərindir və həyat boyu ilahi tövsiyələrinin üzərində düşünülə bilər. Surələrindən birində Uca Allah möminləri müəyyən qaydalara riayət etməyə çağırır ki, bu da həm münaqişələrin həllinə, həm də onlardan qaçınmağa kömək edir.

Beləliklə, Qurani-Kərimin “Hücurat” surəsinin dərsləri: 

1-ci dərs...

“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!(12-ci ayə)

Pis düşüncələr inamsızlığın əsasını təşkil edir və bu da davranışa və nəticədə münasibətlərə təsir göstərir. Pis düşüncələr qarşısını almaq mümkün olmayan problemlərə səbəb ola bilər. Bu cür fikirlərin qaçılmaz olması mümkündür, amma həll yolu onları qidalandırmamaq və dostluqları və münasibətləri pozmalarına imkan verməməkdədir...

Rəsulullahın (ona Allahın salavatı və salamı olsun) belə dediyi bildirilir: 

"Ümmətimin üç (günahlandırıcı) xüsusiyyəti var: pis əlamətlərə diqqət yetirmək, paxıllıq etmək və başqaları haqqında pis fikirlərə düşmək." 

Ondan soruşdular: "Əgər kimdəsə belə fikirlər varsa, onlardan necə qurtulmaq olar?" 

O, cavab verdi: "Əgər paxıllıq yaranarsa, Allahdan bağışlanma diləyin. Əgər kimsə haqqında pis fikirlər yaranarsa, onun üçün təsdiq axtarmayın. Əgər pis əlamət görsəniz, yolunuza davam edin" (Təbərani)...

2-ci dərs...

 “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (10-cu ayə)

Bir hədisdə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) belə dediyi bildirilir: 

"Möminlərin bir-birlərinə olan sevgisi, mərhəməti və şəfqəti bədən kimidir: onun bir üzvü xəstələndikdə bütün bədən buna yuxusuzluq və qızdırma ilə cavab verir" (Müslim)... 

Möminlər arasında barışıq bu hissələrin yenidən birləşməsinə bənzəyir - mömin şəxs qardaşlar arasında ixtilaf görəndə kənarda qalmamalı, ədalət yolu ilə mübahisə edən tərəfləri sülh gətirməyə çalışmalıdır. 

Başqa bir Quran ayəsində də deyilir: 

“Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın!..” (“Ali İmran” surəsi, 103-cü ayə)

3-cü dərs... 

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz”(6-cı ayə)...

İxtilafın ümumi səbəblərindən biri də həsəd və ya kin üzündən yalan və ya ittihamlar yaya biləcək vicdansız insanların sözlərinə inanmaqdır. Belə bir insana inanmaq günahsız insanlara zərər vermək, sonra isə əməllərinizə görə peşman olmaq deməkdir. Buna görə də nəticə çıxarıb qərar verməzdən əvvəl əsası — "xeyirxahların" motivlərini, sözlərinin doğruluğunu və s. aydınlaşdırmaq lazımdır.

4-cü dərs... 

 “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (9-cu ayə)...

Əsl sülh və harmoniya ədalət və əhd əsasında qurulur. Sülh və dostluq zülm və başqalarının hakimiyyəti əsasında mümkün deyil. Buna görə də ədalətin bərqərar olması yolu ilə qrupları və ya qardaşları birliyə gətirməyə çalışmaq lazımdır.

Səhih Buxaridən rəvayət edildiyi kimi, Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

"Qardaşınıza kömək edin - istər zalım, istərsə də məzlum olsun." 

Ondan soruşdular: "Ey Allahın Rəsulu, əgər məzlumdursa, biz ona kömək edərik, bəs bizə deyin, əgər o zalımdırsa, biz ona necə kömək edə bilərik?" 

Peyğəmbər(s.) cavab verdi: "Siz onun zülm etməsinin qarşısını ala bilərsiniz və bu, həqiqətən də ona kömək olacaq."

5-ci dərs...

“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)” (11-ci ayə)...

Zərərli ləqəblər, istehza və təhqirlər zamanla münasibətlərdə nifaq və düşmənçilik yaradır. İslam bizi yaxın və uzaq, eyni düşüncəli insanlara və müxaliflərə qarşı ən yaxşı keyfiyyətləri nümayiş etdirməyi və ən yaxşı ədəb-ərkanı qorumağı məcbur edir. Buna görə də Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) bu cür vərdişləri öz ardıcılları arasında aradan qaldırdı. Ən yaxşı möminlər məhz belə yetişdirildi...”

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri