Icma.az
close
up
RU
Münasibətlər normallaşması o demək deyil ki, hər şeyi unutmalıyıq Millət vəkili

Münasibətlər normallaşması o demək deyil ki, hər şeyi unutmalıyıq Millət vəkili

Icma.az bildirir, Bakupost portalına istinadən.


Siyasi ekspertlər Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasınıregionda sülh prosesinin inkişafı baxımından mühüm irəliləyiş hesab edirlər. Sənədə əsasən, Azərbaycanın haqlı tələbləri və beynəlxalq hüquq normaları nəzərə alınmaqla, hər iki tərəf məsələlərin mərhələli şəkildə həllinə çalışacaq.

Tərəflər arasında mübahisəli məsələlərdən biri də hərbi cinayətlər törətməkdə təqsirləndirilən və hazırda Azərbaycanda həbsdə olan ermənilərin azad edilməsidir. Hazırda Azərbaycanda onların məhkəməsi keçirilir. Ermənistan tərəfi isə onların azadlığa buraxılmasını istəyir. Bu məsələ tərəflər arasında müzakirə mövzusu ola bilərmi? Hərbi cinayətlərdə ittiham olunanlarla bağlı məsələ necə tənzimlənəcək?

Mövzunu Bakupost.az şərh edən millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, sülh müqaviləsinin imzalanması hərbi cinayətlər törətmiş şəxslərin azadlığa buraxılması demək deyil:


“Hər kəs törətdiyi cinayət əməlinə görə cavab verməlidir. Necə ki, bu gün həmin erməni cinayətkarlar, casuslar Azərbaycan məhkəməsi qarşısında dayanıblar. Onlar Azərbaycanın ərazisində vətəndaşlarımıza qarşı hərbi cinayətlərdə iştirak ediblər, işğal dövründə çox böyük cinayət əməllərinə yol veriblər. Bu gün də həmin törətdikləri əməllərə görə Azərbaycan qanunvericiliyi qarşısında cavab verirlər və sona qədər də cavab verəcəklər. Hələ onlardan azalıqda olanlar da var. Xüsusən Xocalıda keçirilmiş soyqırım aktında birbaşa iştirak edən Sərkisyan, Köçaryan və onların ətrafındakı müəyyən dəstələr. Onlar da törətdikləri bəşəri cinayətlərə görə mütləq cavab verməlidirlər. Yəni Azərbaycan öz üzərinə belə bir öhdəlik götürmür ki, bu gün mühakimə olunan ermənilər sərbəst buraxılacaqlar və onlara hansısa formada güzəşt ediləcək”.

Millət vəkili həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi də bu şəxslərin sərbəst buraxılmasında maraqlı deyil:

Çünki zamanında Vardanyan və digərləri Paşinyana qarşı mövqe sərgiləyirdilər. Yaddan çıxarmayaq ki, Vardanyanı şimal qonşumuz elə Qarabağda hakimiyyətə gətirmək və ordan da tramplin olaraq Ermənistanda hakimiyyətə gətirməyi hədəfləyirdi. Buna görə də heç Paşinyan da onların sərbəst buraxılmasında maraqlı deyil. Əksinə, bu gün Paşinyan Köçəryan, Sərkisyan, eləcə də Rusiyanın birbaşa direktivləri ilə müxalif mövqe sərgiləyən hərbi cinayətkarların həbs olunmasında, hətta Azərbaycana təhvil verilməsində maraqlı ola bilər. Çünki onlar onun hakimiyyətinə qarşı çox ciddi təhdid törədirlər. Ümumiyyətlə, münasibətlər normallaşırsa, bu o demək deyil ki, biz hər şeyi unutmalı və sıfırdan başlamalıyıq. Xeyr. Azərbaycan insanına qarşı cinayət əməli törətmiş, kimliyindən və münasibətlərin hansı formada normallaşmasından asılı olmayaraq, cinayət törədən hər bir erməni və digər şəxs məsuliyyətə cəlb olunmalı və Azərbaycan qanunvericiliyinə müvafiq olaraq törətdiyi əmələ görə cəzasını almalıdır”.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri