Icma.az
close
up
RU
Münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

Münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

“Azərbayanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir. Tarixən oxşar talelərdən keçən Azərbaycan və Gürcüstan ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərini mehriban qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsi də dostluğumuzun göstəricisidir. Xatırladaq ki, 2024-cü ildə Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, ötən ilin dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutub.
Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırıb, həmçinin AŞPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə bağlı belə misalların sayı kifayət qədər çoxdur.
İqtisadi əlaqələrə gəlincə, bu gün Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. İnvestisiya qoyuluşunun əhatə dairəsi getdikcə genişlənir. Hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. İndiyədək respublikamızdan qonşu ölkəyə təxminən 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb.
Fatma Yıldırım qeyd edib ki, iqtisadi sektor Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutur: “İki dost ölkə ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Ölkələrimiz Orta Dəhlizlə daşımalara böyük tələbat yarandığını nəzərə almaqla Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasını hədəfləyən layihənin icrasını tamamlayıblar. Bununla da Orta Dəhlizin funksionallığının artmasına yeni imkanlar yaranıb. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı da böyük perspektivlər vəd edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bu dəhliz vasitəsilə respublikamızda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri