Icma.az
close
up
RU
525ci qəzet AzərbaycanÇin: Bu il münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi

525ci qəzet AzərbaycanÇin: Bu il münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

2024-ci ildə Azərbaycanın bir sıra dövlətlərlə münasibətləri artan dinamika ilə inkişaf etdi və əlaqələr daha da gücləndi. Belə dövlətlərdən biri də Çin Xalq Respublikasıdır. Azərbaycan Çin ilə münasibətlərə hər zaman xüsusi önəm verib, burda həm qədim tarixə malik bağlar, həm müstəqillik dövründən bu yana dostluğa, tərəfdaşlığa əsaslanan münasibətlər mühüm rol oynayır. Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub.

Bu il Çin Azərbaycan münasibətləri üçün xüsusilə önəmli oldu. Belə ki, cari ilin 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olundu. Sənəddə iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən əməkdaşlığın müxtəlif sahələrdə səmərəli nəticələr verdiyi qeyd olunub. Bundan başqa tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Vurğulanıb ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Azərbaycan və Çin xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyən edirlər. Ən mühüm məqamlardan biri iki dövlətin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiq olduqlarını təsdiqləmələridir. Azərbaycan tərəfi "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, hökumətin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi isə Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

İki ölkəni həm də güclü iqtisadi-ticarət, nəqliyyat əlaqələri birləşdirir. Çin Azərbaycanı beş əsas ticarət tərəfdaşlarından biridir.

Bu günlərdə Çin Sədri Si Cinpin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb: "Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq. Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev "525"ə deyib ki, bu ilin yayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə imzaladıq. Bu sənəd imzalanandan sonra Azərbaycanla Çin arasında münasibətlərdə ciddi bir şəkildə aktivlik gördük.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin aktivliyindən danışmağın bir neçə səbəbi var: "Birincisi, Çin son illərdə regionda, istər Yaxın Şərqdə, istər Cənubi Qafqazda istər Mərkəzi Asiyada fəal siyasət həyata keçirir. Bu siyasətin konturları iqtisadi və nəqliyyat sahələrindən də görünür. Nəqliyyat sahəsində Azərbaycanla Çini birləşdirən Orta Dəhliz və Çinin "Bir kəmər, bir yol layihəsi var". Əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində iki nəqliyyat xəttini birləşdirib aktivliyi artırmaqdır. Son günlərdə regionumuzda cərəyan edən geosiyasi hadisələr, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Dəhlizin aktivliyinin artırılması istiqamətində alınan qərarlar bura diqqətləri daha da artırdı. İndiki əsas hədəflərdən biri Çinlə Azərbaycanın bu ortaq layihələrini artırmaqdır. Mərkəzi Asiya ölkələrinin də bu çərçivədə müəyyən layihələri var ki, Çinlə Avropa arasında yükdaşımalarında aktiv rol oynasınlar. Bütün bu xətlər isə gəlib Azərbaycanın üzərindən keçir. Əlbəttə ki, regiondakı güc balansı, Çinin dünyada artan rolu baxımından və çoxvektorlu xarici siyasətimizi nəzərə aldıqda, Çini diqqətdən kənarda saxlamaq mümkün deyil. Bu çərçivədə 2025-ci ildə və sonrakı illərdə də Azərbaycanla Çin arasında münasibətlərin inkişaf edəcəyini düşünürəm".

C.Vəliyev bildirib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın xarici siyasətində Çinin prioritet olacağı indidən bəllidir: "Bu çərçivədə sadəcə onu demək olar ki, Azərbaycanın xarici siyasətini həm çoxvektorluq baxımından, həm balanslı xarici siyasət, həm də müstəqil xarici siyasət baxımından qiymətləndirəndə və keçmişə baxdığımız zaman düşünürəm ki, Çinlə münasibətlərimiz inkişaf etməkdə davam edəcək".

BMTM-nin şöbə müdiri Vasif Hüseynov isə deyib ki, bu ilin iyul ayında prezidentlər İlham Əliyev və Si Cinpinin iştirakı ilə iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu sazişin imzalanması Çinlə Azərbaycan arasındakı münasibətlərə çox ciddi müsbət töhfə verib: "Bunun ardınca Çindən olan beyin mərkəzləri ilə bizim təmaslarımız yaxınlaşıb. Çinin təşəbbüsü ilə yaradılmış Qlobal Cənub Beyin Mərkəzləri alyansında bizim mərkəz də təmsil olunur. Qlobal Cənub ölkələri ilə təmasların inkişafı ümumilikdə Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Burda əlbəttə ki, Azərbaycanın beynəlxalq antikolonial hərəkatlara dəstəyi xüsusilə diqqət çəkir. Çünki hazırda Azərbaycan Fransa neokolonializmdən əziyyət çəkən dövlətlərə, xalqlara əsas dəsətək göstərən gücə çevrilib. Bu, şəxsən həmin xalqların nümayəndələri ilə görüşlərimdə müşahidə etdiyim bir haldır ki, onlar Azərbaycana necə minnətdarlıq göstərirlər. Uzun illər ərzində onların çəkdiyi əzablar, problemləri beynəlxalq ictimaiyyətin diqqətindən məqsədli şəkildə yayındırılır və bu gün Azərbaycan onlara dəstək verir, haraylarına yetişir, səslərinin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsinə çalışır və buna nail olur. Növbəti ilə ərzində bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Ümidvaram ki daha yaxşı nəticələr əldə edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri