Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

İki dövlət arasında strateji tərəfdaşlıq modelinə çevrilən münasibətlər ŞƏRH

İki dövlət arasında strateji tərəfdaşlıq modelinə çevrilən münasibətlər ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının “Sinxua” agentliyinə verdiyi müsahibə, ölkələrimiz arasında münasibətlərin yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, əslində çoxşaxəli və dərin siyasi məzmun daşıdığını bir daha nümayiş etdirdi. Azərbaycan-Çin əlaqələri, XXI əsrin dəyişən qlobal siyasi arxitekturasında əhəmiyyətli rol oynayan, tərəfdaşlıq fəlsəfəsinə əsaslanan modeldir. Bu əməkdaşlıq, həm çoxtərəfli beynəlxalq qurumlarda, həm də regional sabitlik və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək üzərində qurulub.

İki dövlət arasında strateji tərəfdaşlıq modelinə çevrilən münasibətlər mövcuddur. Azərbaycan və Çin arasında siyasi münasibətlər ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev “Sinxua”ya verdiyi müsahibədə bu münasibətləri “qarşılıqlı hörmətə və suverenlik prinsipinə əsaslanan əməkdaşlıq” kimi xarakterizə edərək bildirdi:

“Biz Çinlə strateji tərəfdaşıq. Əməkdaşlığımız bütün sahələri əhatə edir və əsas prinsiplərimiz biri-birimizin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət üzərində qurulub”. Bu cür əlaqələrin əsasını təşkil edən sabitlik və qarşılıqlı inam, xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə olduqca mühüm əhəmiyyət daşıyır. Çin və Azərbaycan, müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləməklə həm ikitərəfli maraqları qoruyur, həm də yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşmasında iştirak edirlər. Təbii ki, əlaqələrin etibarlı olması həm də suverenlik və beynəlxalq hüquq prinsipləri üzrə həmrəylikdə asılıdır. Azərbaycan və Çin, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə qətiyyətlə sadiqdirlər. Cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verərək vurğulamışdır: “Azərbaycan daim ‘vahid Çin’ prinsipini dəstəkləyib və bu siyasətimiz dəyişməz olaraq qalır. Biz Çin Xalq Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik”. Qarşılığında isə Çin Xalq Respublikası dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini anlayışla qarşılamışdır. Bu qarşılıqlı prinsipial mövqelər, qlobal səviyyədə ölkələrimizin hüquq əsaslı dünya nizamının müdafiəsində həmfikir olduqlarını göstərir. BMT, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), Qoşulmama Hərəkatı kimi qurumlarda qarşılıqlı dəstək bu həmrəyliyin nəticəsidir. “Şərq-Qərb körpüsü”nün siyasi aspektləri də böyük nəticələrdən xəbər verir. Azərbaycanın geostrateji mövqeyi, onu təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan Çin üçün mühüm tərəfdaşa çevirir. Çin Avropa ilə ticarət və siyasi əlaqələrini dərinləşdirdikcə, Azərbaycan bu yolda “etibarlı siyasi körpü” funksiyasını icra edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edir:

“Azərbaycanın yerləşdiyi coğrafi məkan bizi mühüm tranzit ölkəsinə çevirir və biz bu statusdan regional əməkdaşlığı gücləndirmək üçün istifadə edirik.” Bu kontekstdə Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti, onu Çinlə yanaşı digər beynəlxalq güclərlə də uğurlu tərəfdaşlığa gətirib çıxarmışdır. Bu model, Pekin üçün də vacibdir, çünki Çin “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi dayaqlarını məhz etibarlı tərəfdaşlar üzərində qurmağa çalışır. Qlobal idarəçilikdə yeni yanaşmalara ortaq baxış münasibətlərin daha dolğun olduğundan xəbər verir. Çin və Azərbaycan, dünya siyasətində hegemonluq və ikili standartlara qarşı çıxış edirlər. Cənab Prezident İlham Əliyev müsahibədə deyir: “Biz hesab edirik ki, beynəlxalq münasibətlərdə ədalət olmalıdır. Hegemonluq, təzyiq və hədə-qorxu ilə siyasət yürütmək yolverilməzdir.” Bu baxış, Çin liderliyində təşəbbüs edilən “qlobal inkişaf”, “qlobal təhlükəsizlik” və “qlobal sivilizasiya” təşəbbüsləri ilə uzlaşır. Hər iki ölkə, beynəlxalq münasibətlərin multipolyar və ədalətə əsaslanan əsaslarla inkişaf etməsinin tərəfdarıdırlar. Azərbaycan bu çağırışlara cavab olaraq, Qoşulmama Hərəkatına sədrlik dövründə ədalət və bərabərlik prinsipini müdafiə etmiş, Çin isə inkişaf etməkdə olan ölkələrin səsini daha çox eşitdirməyə çalışmışdır. Azərbaycan və Çin, siyasi sabitliyin iqtisadi inkişafın əsası olduğunu qəbul edən dövlətlərdir. Hər iki ölkədə daxili sabitlik və milli inkişaf strategiyaları dövlətin güclü idarəçiliyi ilə birbaşa bağlıdır. Bu baxımdan, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında formalaşmış siyasi dialoq da xüsusi qeyd olunmalıdır. Partiyalararası əməkdaşlıq vasitəsilə ölkələrimiz siyasi idarəetmə təcrübələrini, inkişaf strategiyalarını və idarəetmə modellərini müzakirə edirlər. 2023-cü ilin sentyabrında Bakıda keçirilmiş “Çin-Azərbaycan siyasi partiyaları arasında dialoq” konfransında qeyd olunduğu kimi, belə platformalar tərəflərin qarşılıqlı öyrənməsini və uzunmüddətli siyasi tərəfdaşlığı. Çin və Azərbaycan arasındakı siyasi əməkdaşlıq, yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda qlobal miqyasda ədalətli və balanslaşdırılmış beynəlxalq münasibətlər sisteminin qurulmasına da töhfə verir. Prezident İlham Əliyevin “Sinxua”ya verdiyi müsahibə bu münasibətlərin strateji dərinliyini və gələcək inkişaf istiqamətlərini nümayiş etdirir. Bugünkü qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda, Çin-Azərbaycan siyasi tərəfdaşlığı bir etimad nümunəsi, qarşılıqlı suverenliyə hörmətin və dialoq mədəniyyətinin parlaq ifadəsidir. Bu model əməkdaşlıq yalnız regional sabitliyin deyil, həm də qlobal siyasi etimadın təməl sütunlarından biri ola bilər.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri