Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Münasibətlərin inkişafı qarşlılıqlı etimada əsaslanır

Münasibətlərin inkişafı qarşlılıqlı etimada əsaslanır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasındakı əlaqələrin perspektivləri barədə mühüm mesajlar verdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya-Azərbaycan münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu səfər əməkdaşlığa daha güclü təkan verəcəkdir.

Dövlətimizin başçısı bəyanatında iki ölkə arasında siyasi dialoqun mütəmadi olaraq aparıldığını xüsusi vurğuladı. Azərbaycan Prezidenti ötən ilin aprel ayında Berlində Almaniya Prezidenti ilə görüşdüyünü xatırladaraq, bu dəfə onun dəvəti əsasında Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfər etdiyini bildirdi və bu səfərin ikitərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. İqtisadi əməkdaşlıq məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin cari ilin ilk iki ayında üç dəfə artdığını qeyd etdi. Bu artımın əsas səbəbi Azərbaycanın Almaniyaya ixrac etdiyi xam neftin həcminin artmasıdır. Qeyd olunub ki, gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində daha fəal addımlar atılmalıdır. Bu kontekstdə xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq geniş imkanlar açır.
COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi Azərbaycanın bu sahədə qlobal səviyyədə rolunun artdığını göstərir. Prezident İlham Əliyev Almaniya ilə bu sahədə sıx əməkdaşlığın qurulduğunu və COP29-da 197 ölkənin iştirak etdiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini və bir milyon çox azərbaycanlının məcburi köçkünə çevrildiyini vurğuladı. Lakin Azərbaycan bu problemi beynəlxalq hüquqa əsaslanaraq özü həll etdi və dövlət suverenliyini bərpa etdi. “Biz bu gün tam sülhə nail olmaq üçün Ermənistanla danışıqları davam etdiririk. Bu istiqamətdə artıq müəyyən irəliləyişlər əldə olunub və mövqelərimiz getdikcə yaxınlaşır” – deyə Azərbaycan Prezidenti qeyd etdi.
Bu səfər Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi tarixə düşdü. Dövlətimizin başçısı bu səfərin nəticələrinin iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracağına əminliyini ifadə etdi. Azərbaycan və Almaniya arasında enerji, ticarət və investisiya sahələrində əməkdaşlıq daha da dərinləşəcək. Bu dost dövlətlər iqlim dəyişikliklərinə qarşı mübarizə və yaşıl enerji layihələri üzrə birgə fəaliyyətini genişləndirmək niyyətindədir.
Cənab İlham Əliyev bəyanatında xüsusu qeyd etdi ki, “Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə-Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.
Bu səfər və aparılan müzakirələr Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni bir səhifə açaraq, gələcək əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri