Icma.az
close
up
RU
Münasibətlərin inkişafı üçün yeni imkanlar...

Münasibətlərin inkişafı üçün yeni imkanlar...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Azərbaycan Zəngəzur dəhlizinin rifah və əməkdaşlıq körpüsünə çevriləcəyinə inanır

ABŞ-a səfəri çərçivəsində bu ölkənin Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkələr arasında əməkdaşlıq perspektivlərini müzakirə edib, investisiya mühiti və iqtisadi imkanlar barədə məsləhətləşmələr aparıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının, qeyri-neft sektoruna, o cümlədən yeni sənaye və innovasiyalar, texnologiyalar bölmələrinə xarici mənbələr hesabına sərmayə qoyuluşları artıb. Bunun əsas səbəbi isə  investisiya iqliminin və etibarlılığın yüksəlməsidir.

V.Kimmitt Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğuna toxunaraq bu amilin ABŞ investorları üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırılıb. Azərbaycan və ABŞ arasında münasibətlərin yeni yol xəritəsi hesab edilən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını xatırladan amerikalı dövlət rəsmisi müəyyənləşən yeni hədəflərin icrası sayəsində tərəfdaşlığını daha da güclənəcəyinə inamını ifadə edib.

Orta Dəhliz  regional kommunikasiyaları birləşdirir

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bu qətiyyətli siyasi kurs Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Rəşad Nəbiyevlə görüşündə ABŞ Ticarət Departamentinin nümayəndələri arasında bu məsələ də əsas mövzulardan biri olub. Tərəflər Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı ilə bağlı görülən işlərə diqqət çəkərək “TRIPP” layihəsinin qısa zamanda istifadəyə verilməsi sayəsində bölgədə yeni geniş əməkdaşlıq formatının yaranacağına inandıqlarını vurğulayıblar.

Qeyd edilib ki, Orta Dəhlizin növbəti qovşağına çevrilməkdə olan Zəngəzur xətti  beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Prezidentin bəyan etdiyi kimi yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq

ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarına da toxunulub. Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan və ABŞ arasında əldə olunmuş anlaşmaya əsasən, Amerikanın nəhəng maliyyə instututu olan “EXIM Bank” translogistika və innovasiya layihələrinə ölkəmizə maliyyə dəstəyi göstərmək, innovativ alətlərin tətbiqində birgə iştirakçı olacaq.

“Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüşdə süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanlarını müzakirə edən R. Nəbiyev vurğulayıb ki, Azərbaycan dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayır. Bu prosesdə Amerikanın nəhəng “SpaceX” şirkəti dəstəkləyici və investiyayönümlü fəaliyyəti diqqəti cəlb edir. Hər iki qurum yeni texnoilogiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə, Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq. Ümumilikdə, ABŞ şirkətlərinin Azərbaycanın müasir innovasiyalar sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır. 

Amerikanın inovasiya şirkətlərinin Azərbaycanda regional ekosistem qurucluğunda iştirakı gözlənilir. Həmçinin ABŞ-la əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək.Bu platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.

Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri