Icma.az
close
up
RU
Mədəniyyətin inkişafında yeni üfüqlər Gülxarə Əhmədova yazır

Mədəniyyətin inkişafında yeni üfüqlər Gülxarə Əhmədova yazır

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət təkcə milli kimliyin qorunması və inkişafına xidmət etmir, O, həm də dövlətin humanitar siyasətinin mühüm təsir elementi kimi ölkələrin, xalqların qlobal səviyyədə tanınmasına və nüfuzunun artmasına töhfə verən  əsas istiqamətlərindən biridir.Hər bir cəmiyyətin özünəməxsus xüsusiyyətlərini formalaşdıran, onun milli-mənəvi dəyərlərini, köklüənənələrini və ideoloji istiqamətini əks etdirən mühüm amillərdən biri kimi mədəniyyət qloballaşma və beynəlxalq münasibətlərin dinamik inkişaf etdiyi müasir dünyada humanitar təsir siyasətinin ayrılmaz hissəsi kimi çıxış edir. Ölkələr və xalqlar arasında qarşılıqlı əlaqələrin qurulmasında , inkişafında müstəsna rol oynaması ilə  vacib məsələləri gündəmə gətirir. İncəsənət,  ədəbiyyat sahəsi ilə yanaşı, mədəniyyət  də siyasi, iqtisadi və diplomatik münasibətlərin formalaşmasına təsirini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı mədəni tərəqqinin yüksəlişi   ilə bağlı çox vacib məsələləri də gündəmə gətirdi. O, mədəniyyətin ölkənin inkişafındakı mühüm rolunu qeyd edərək, ölkəmizdə bu sahəyə də xüsusi diqqət ayrıldığını vurğuladı.Belə ki, mədəni irsin qorunmasını strateji prioritetlərindən biri kimi qəbul etməklə, tarixi abidələrin qorunması və bərpası, mədəni irsin UNESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində tanınması və dünya mədəni irs xəzinəsinə töhfə verməsi istiqamətindəəhəmiyyətli işlər aparılmasını zəruri hesab etdi.

Əslində bu istiqamətdə ölkəmizdə çox mühüm əhəmiyyətli tədbirlər gerçəkləşir. Azərbaycanın zəngin mədəni irsinin qorunması, milli-mənəvi dəyərlərinin yaşadılması və ölkəmizin qlobal mədəniyyət məkanında aparıcı mərkəzlərdən birinə çevrilməsi yolunda atılan strateji addımlar təqdir olunasıdır. Tarixi-mədəni irsinin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olması,  ölkəmizdə tarixi abidələrin bərpası, muzeylərin modernləşdirilməsi və mədəniyyət müəssisələrinin inkişafı istiqamətində genişmiqyaslı layihələr icra edilməsi də bunu təsdiqləyir.  Xüsusilə son illər  işğaldan azad edilmiş ərazilərdə yerləşən, erməni vandalizminin viran qoyduğu tarixi və mədəni abidələrin bərpası, onların ilkin görkəminin qaytarılması və dünya mədəni irs xəzinəsinə qazandırılması prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Bu proses təkcə memarlıq nümunələrinin bərpası ilə məhdudlaşmır, həm də həmin ərazilərdəmədəni həyatın yenidən canlandırılmasını, sənət və yaradıcılıq mühitinin formalaşdırılmasını hədəfləyir.

Milli mədəniyyətimiz yalnız tarixi mirasın qorunması ilə məhdudlaşmır, eyni zamanda,  cəmiyyətin yaradıcı potensialını gücləndirən, müasir incəsənəti təşviq edən və innovativ mədəniyyət ekosisteminin formalaşmasına şərait yaradan mühüm amildir. Yaradıcı sənayelərin inkişafı ölkənin mədəni irsini zənginləşdirməklə yanaşı, iqtisadi inkişafa da töhfə verir. Bu baxımdan gənc istedadların üzə çıxarılması, onların dəstəklənməsi və beynəlxalq mədəni mühitə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycan kinematoqrafiyasının yeni dövrün tələblərinə uyğun inkişafı, teatr sənətinin müasir trendlərlə və milli ənənələrlə uzlaşdırılması, musiqi sahəsində innovativ layihələrin həyata keçirilməsi üçün dövlətin həm maliyyə, həm də təşkilati dəstəyi bu sahələrin daha da inkişaf etməsinə töhfə verir. Azərbaycan musiqisinin dünya səhnəsində daha geniş tanıdılması, milli teatr və kino sənayesinin beynəlxalq festivallarda daha fəal iştirakı, həmçinin müasir texnologiyaların mədəniyyətə inteqrasiyası istiqamətində atılan addımlar da dövlət siyasətinin tərkib hissəsi kimi önə çəkilib.

Bütün bu təşəbbüslər Azərbaycanın mədəniyyətini yalnız qorumaq və təbliğ etmək deyil, eyni zamanda onu dinamik, yenilənən və qlobal arenada rəqabətə davamlı hala gətirmək məqsədi daşıyır.

Bununla yanaşı, Azərbaycan mədəni irsinin UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində daha geniş təbliğ olunması, milli incəsənətimizin dünya miqyasında tanıdılması, yaradıcı sənayelərimizin qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi və Qarabağın bərpası çərçivəsində Şuşanın mədəniyyət paytaxtı statusunun möhkəmləndirilməsi dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindəndir. Mədəniyyət beşiyi Şuşanın azad edilməsindən sonra burada beynəlxalq musiqi festivallarının gerçəkləşməsinin ənənə halını alması , teatr tamaşalarının, rəngarəng sərgilərin və elmi-mədəni tədbirlərin keçirilməsi şəhərin tarixi irsini bərpa etməklə yanaşı, onu qlobal mədəniyyət xəritəsində mühüm mərkəzə çevirir.

Prezident İlham Əliyev yuxarıda adı keçən müsahibsində onu da vurğulayıb ki, ölkəmiz qarşıdakı illərdə də mədəni diplomatiyanın gücündən istifadə edərək Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq və onun qlobal dəyərlər içərisində layiqli yer tutmasını təmin etmək üçün ardıcıl addımlar atacaqdır.

Ölkəmizdə mədəniyyət sahəsinin bütün sektorlarında çalışan peşəkarların roluna xüsusi diqqət yetirilir və onların sosial rifahının yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.Mədəniyyət işçilərinin əməkhaqlarının artırılması, yaradıcı şəxslərə göstərilən dəstək proqramları və sektorda innovativ yanaşmaların tətbiqi, mədəniyyətin inkişafına yeni nəfəs verərək onun cəmiyyətə təsirini daha da dərinləşdirməyi hədəfləyir. Bu tədbirlər, mədəniyyət sahəsinin dinamik inkişafını təmin etməklə yanaşı, sənətçilərin və yaradıcı fərdlərin daha yaxşı şəraitdə fəaliyyət göstərməsinə stimul verir.

Ölkəmizdə milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi sahəsində önəmli işlər görən qurumlardan biri də Heydər Əliyev Fondudur. Ölkə Prezidenti Heydər Əliyev Fondunun beynəlxalq səviyyədə mədəniyyətimizi tanıtmaq və təbliğ etmək missiyasını yerinə yetirən, sosial və humanitar layihələrdə geniş fəaliyyət göstərən, gənc istedadların dəstəklənməsi və Azərbaycanın xarici siyasətində mədəni diplomatiyanın gücləndirilməsindəki rolunu yüksək qiymətləndirir. Fond ölkəmizin beynəlxalq aləmdə tanınmasına və mədəniyyət sahəsində nüfuzunun artmasına verdiyi töhfələri önə çəkir,

Azərbaycanın mədəniyyət siyasətinin strategiyası, zəngin mədəni irsimizin qorunması, müasir inkişafın təmin edilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və ölkəmizin qlobal mədəniyyət arenasında layiqli yerini alması məqsədinəəsaslanır.

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see190

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see143

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri