Icma.az
close
up
RU
Münasibətlərin inkişafında yeni və strateji addım

Münasibətlərin inkişafında yeni və strateji addım

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf edib. Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol və regionda yaratdığı yeni geosiyasi reallıqlar Bakını Brüssel üçün əvəzolunmaz tərəfdaşa çevirib. Bu kontekstdə, 11 mart 2026-cı il tarixində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni və strateji bir səhifə açmışdır.

Bu səfər sadəcə diplomatik bir protokol deyil, həm də Avropanın Azərbaycana olan etimadının növbəti nümayişidir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Buna görə də müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Aİ Şurasının Prezidentinin Bakıya gəlişi də regionda davamlı sülhün bərqərar olması prosesinə dəstək xarakteri daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirdiyi quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Brüssel tərəfindən yüksək qiymətləndirilir. Koştanın bu səfəri Aİ-nin regionda sabitliyin qorunmasında Azərbaycanın liderlik rolunu qəbul etdiyinin bariz nümunəsi olmaqla ölkəmizin Cənubi Qafqazda sabitlik faktoru kimi artan nüfuzunun göstəricisidir.
Səfər çərçivəsində keçirilən görüşləri göstərdi ki, Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı qaz tədarükçüsü kimi deyil, həm də “yaşıl enerji” keçidində mühüm tərəfdaş kimi görür. Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər də ölkəmizin bu sahədəki qlobal liderliyini və strateji vizyonunu açıq şəkildə ortaya qoyur. Azərbaycanın Avropanın enerji xəritəsindəki yeri artıq müzakirəolunmazdır. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəd bu əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Azərbaycan qazı həm həcm, həm də coğrafi əhatə dairəsi baxımından rekord göstəricilərə imza atır. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Avropa İttifaqının 10 üzvü, ümumilikdə isə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu fakt Azərbaycanı dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli ölkə statusuna yüksəldib.
Bu səfər nəinki iqtisadi dividendər, həm də siyasi baxımdan mühüm mesajlar daşıyır. Azərbaycanın təqdim etdiyi logistik imkanlar, xüsusən “Orta Dəhliz” layihəsi Avropa üçün iqtisadi təhlükəsizlik deməkdir. Səfərin ən mühüm siyasi tərəflərindən biri regionda yaranmış dinc şərait və sülh quruculuğu prosesidir. Sülh sazişinin paraflanması “Orta Dəhliz”in potensialını artırmaqla bərabər, ikitərəfli ticarət əlaqələrinin də bərpasına geniş yol açır. Cənab Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixinin ən dinc dövrü yaşanır və sülhün qalıcı olması üçün ölkəmiz tərəfindən güclü siyasi iradə nümayiş etdirilir. Artıq Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin də aradan qaldırılması ölkəmizin sülhpərvər və konstruktiv mövqeyinin növbəti təzahürüdür. Bu addım regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolunda atılan strateji addımdır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq arenada çəkisini hər gün daha da artırır. Antonio Koştanın 11 mart səfəri göstərdi ki, Bakı və Brüssel arasında qurulan körpülər sarsılmazdır. Bu əməkdaşlıq təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sülh içində gələcəyinə xidmət edir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri