Mundialın oyun günləri ABŞ da dəhşətli isti gözlənilir
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DÇ-2026-nın bu həftə keçiriləcək pley-off oyunları zamanı ABŞ-ın bir sıra şəhərlərində ekstremal yüksək temperatur gözlənilir.
QOL.az xəbər verir ki, bu barədə TSN məlumat yayıb.
Amerikalı sinoptiklərə istinadən bildirilib ki, Boston, Kanzas-Siti, Nyu-York və Filadelfiyada çərşənbə günündən etibarən hava kəskin istiləşəcək. Temperaturun 44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu hava şəraiti həm azarkeşlər, həm də futbolçular üçün risk yarada bilər. Çünki adıçəkilən şəhərlərdəki stadionların dam örtüyü yoxdur və insanların günəş şüalarından qorunmaq imkanı məhduddur.
Qeyd edək ki, bu həftə həmin şəhərlərdə DÇ-2026-nın 1/16 final mərhələsinin oyunları keçiriləcək. ABŞ Milli Meteorologiya Xidməti də ölkənin Orta Qərbindən Şərq sahilinədək olan ərazilər üçün təhlükəli istilərlə bağlı xəbərdarlıq yayıb.
Baxış sayı:184
Bu xəbər 30 İyun 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















