Icma.az
close
up
RU
Müqəddəs Valentin kimdir? Cütlükləri gizli şəkildə evləndirən rahib

Müqəddəs Valentin kimdir? Cütlükləri gizli şəkildə evləndirən rahib

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sevgililər günü"ün yaranması Rahib Valentin, digər adıyla Müqəddəs Valentinin adıyla bağlıdır.

News24.az "Bioqrafiya" rubrikasında Rahib valentine haqqında məlumat verir.

- Rahib Valentin kimdir?

Rahib Valentin (ingiliscə tez-tez Saint Valentine kimi qeyd olunur) xristian ənənəsində sevginin, fədakarlığın və sadiqliyin simvolu sayılan bir şəxsiyyətdir.

- Rahib Valentin adı ən çox nə ilə əlaqələndirilir?

Rahib Valentin adı ən çox fevralın 14-də qeyd olunan və dünyada milyonlarla insan tərəfindən "Sevgililər Günü" kimi tanınan bayramla əlaqələndirilir.

- Rahib Valentinin həyatı haqqında məlumatlar nəyə əsaslanır?

Rahib Valentinin həyatı haqqında bu günə qədər çatmış məlumatlar bir sıra əfsanə və dini rəvayətlərin qarışığıdır. Buna görə də, Rahib Valentinin kimliyi və fəaliyyəti haqqında dəqiq faktlardan çox, dildən-dilə keçən rəvayətlər geniş yayılıb.

- Rahib Valentin hansı dövrdə yaşayıb?

Rahib Valentinin yaşadığı dövrün Roma imperatoru II Kladius (və ya Kladius Qotikus) zamanına təsadüf etdiyi güman edilir. Tarixi mənbələrə görə, imperator ordusunu gücləndirmək, daha çevik və sadiq əsgərlər yetişdirmək üçün gənc döyüşçülərin evlənməsini məhdudlaşdırmışdı. Onun fikrincə, ailə sahibi olan əsgər döyüş meydanında tam fədakarlıq göstərə bilməzdi.

- Rahib Valentin niyə edam edildi?

Xristian rahib Rahib Valentin bütün məhdudiyyətlərə baxmayaraq, gizli şəkildə cütlükləri kilsədə nikaha daxil edirdi. Bu cəsarətli addımı ilə o, o dövrün qanunlarını pozur və imperatorun qəzəbinə tuş gəlirdi. Nəticədə, Rahib Valentin həbs olunmuş və sonrakı mərhələdə edam edilmişdir.

Bəzi mənbələrdə isə bildirilir ki, Rahib Valentin, 269-cu ildə "İmperator Klavdiusun" əmri ilə Məsihi inkar etməkdən imtina etdiyi üçün edam edilib.

- Rahib Valentinin məqsədi nə idi?

Ən çox yayılan rəvayətə görə, Rahib Valentin, gənc cütlükləri gizli şəkildə evləndirməklə məşğul idi. Bu nikahların məqsədi sevənləri imperatorun qadağasından qorumaq və onların münasibətlərini xristian ənənəsinə uyğun rəsmiləşdirmək idi.

- Rahib Valentin hansı möcüzəni yaratmışdı?

Əfsanəyə əsasən, Rahib Valentin edama məhkum edilməzdən əvvəl həbsxanada zindançının qızını möcüzəli şəkildə sağaltmışdı. Rəvayətə görə, o, zindançının doğma qızını ya korluqdan, ya da ağır xəstəlikdən müalicə etmiş, bununla da xristian möcüzəsini nümayiş etdirmişdi.

- "Valentin" açıqcaları necə yaranıb?

Bir çox rəvayətdə deyilir ki, Rahib Valentin edam edilmədən öncə zindançının qızına bir məktub göndərmişdir. Məktubun sonuna "Sənin Valentinin" sözlərini yazdığı bildirilir. Məhz bu ifadə illər sonra "valentin" açıqcaları göndərmə ənənəsinin yaranmasına səbəb olub.

- Rahib Valentinin edam tarixi niyə bayram kimi qeyd edilir?

Valentinin edam tarixinin fevralın 14-nə təsadüf etdiyi düşünülür. Onun xatirəsinə həsr edilmiş xristian bayramı daha sonra Roma imperiyasının bütpərəstlik bayramı "Luperkalia"nın (15 fevral) xristianlaşdırılması prosesi ilə üst-üstə düşmüşdür. 496-cı ildə Papa Gelasius bu bayramı "Müqəddəs Valentin Günü" elan edərək, xristian inanclarını yaymaq və bütpərəst ənənələri zəiflətmək üçün fevralın 14-nü rəsmi bayram kimi təsdiqlədi.

- Valentinlə bağlı hansı tarixi mübahisələr var?

Katolik Kilsəsinin tarixi araşdırmalarına görə, fevralın 14-də xatırlanan yalnız bir deyil, bir neçə müqəddəs Valentin ola bilər. Lakin kilsə ənənəsində bu müqəddəslərin tarixi birləşdirilib və vahid şəxsiyyət kimi təqdim olunub. Bu hal da baş verənlərin əsl tarixini təhrif edir və bir sıra fərqli rəvayətlər meydana gətirir. Bütün hallarda isə, hər bir hekayənin mərkəzində sevgi, şəfqət və sadiqlik ideyası dayanır.\\lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri