Icma.az
close
up
RU
Müqəddəs Valentin kimdir? Cütlükləri gizli şəkildə evləndirən rahib

Müqəddəs Valentin kimdir? Cütlükləri gizli şəkildə evləndirən rahib

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sevgililər günü”ün yaranması Rahib Valentin, digər adıyla Müqəddəs Valentinin adıyla bağlıdır.

Lent.az “Bioqrafiya” rubrikasında Rahib valentine haqqında məlumat verir.

- Rahib Valentin kimdir?

Rahib Valentin (ingiliscə tez-tez Saint Valentine kimi qeyd olunur) xristian ənənəsində sevginin, fədakarlığın və sadiqliyin simvolu sayılan bir şəxsiyyətdir.

- Rahib Valentin adı ən çox nə ilə əlaqələndirilir?

Rahib Valentin adı ən çox fevralın 14-də qeyd olunan və dünyada milyonlarla insan tərəfindən “Sevgililər Günü” kimi tanınan bayramla əlaqələndirilir.

- Rahib Valentinin həyatı haqqında məlumatlar nəyə əsaslanır?

Rahib Valentinin həyatı haqqında bu günə qədər çatmış məlumatlar bir sıra əfsanə və dini rəvayətlərin qarışığıdır. Buna görə də, Rahib Valentinin kimliyi və fəaliyyəti haqqında dəqiq faktlardan çox, dildən-dilə keçən rəvayətlər geniş yayılıb.

- Rahib Valentin hansı dövrdə yaşayıb?

Rahib Valentinin yaşadığı dövrün Roma imperatoru II Kladius (və ya Kladius Qotikus) zamanına təsadüf etdiyi güman edilir. Tarixi mənbələrə görə, imperator ordusunu gücləndirmək, daha çevik və sadiq əsgərlər yetişdirmək üçün gənc döyüşçülərin evlənməsini məhdudlaşdırmışdı. Onun fikrincə, ailə sahibi olan əsgər döyüş meydanında tam fədakarlıq göstərə bilməzdi.

- Rahib Valentin niyə edam edildi?

Xristian rahib Rahib Valentin bütün məhdudiyyətlərə baxmayaraq, gizli şəkildə cütlükləri kilsədə nikaha daxil edirdi. Bu cəsarətli addımı ilə o, o dövrün qanunlarını pozur və imperatorun qəzəbinə tuş gəlirdi. Nəticədə, Rahib Valentin həbs olunmuş və sonrakı mərhələdə edam edilmişdir.

Bəzi mənbələrdə isə bildirilir ki, Rahib Valentin, 269-cu ildə “İmperator Klavdiusun” əmri ilə Məsihi inkar etməkdən imtina etdiyi üçün edam edilib.

- Rahib Valentinin məqsədi nə idi?

Ən çox yayılan rəvayətə görə, Rahib Valentin, gənc cütlükləri gizli şəkildə evləndirməklə məşğul idi. Bu nikahların məqsədi sevənləri imperatorun qadağasından qorumaq və onların münasibətlərini xristian ənənəsinə uyğun rəsmiləşdirmək idi.

- Rahib Valentin hansı möcüzəni yaratmışdı?

Əfsanəyə əsasən, Rahib Valentin edama məhkum edilməzdən əvvəl həbsxanada zindançının qızını möcüzəli şəkildə sağaltmışdı. Rəvayətə görə, o, zindançının doğma qızını ya korluqdan, ya da ağır xəstəlikdən müalicə etmiş, bununla da xristian möcüzəsini nümayiş etdirmişdi.

- “Valentin” açıqcaları necə yaranıb?

Bir çox rəvayətdə deyilir ki, Rahib Valentin edam edilmədən öncə zindançının qızına bir məktub göndərmişdir. Məktubun sonuna “Sənin Valentinin” sözlərini yazdığı bildirilir. Məhz bu ifadə illər sonra “valentin” açıqcaları göndərmə ənənəsinin yaranmasına səbəb olub.

- Rahib Valentinin edam tarixi niyə bayram kimi qeyd edilir?

Valentinin edam tarixinin fevralın 14-nə təsadüf etdiyi düşünülür. Onun xatirəsinə həsr edilmiş xristian bayramı daha sonra Roma imperiyasının bütpərəstlik bayramı “Luperkalia”nın (15 fevral) xristianlaşdırılması prosesi ilə üst-üstə düşmüşdür. 496-cı ildə Papa Gelasius bu bayramı “Müqəddəs Valentin Günü” elan edərək, xristian inanclarını yaymaq və bütpərəst ənənələri zəiflətmək üçün fevralın 14-nü rəsmi bayram kimi təsdiqlədi.

- Valentinlə bağlı hansı tarixi mübahisələr var?

Katolik Kilsəsinin tarixi araşdırmalarına görə, fevralın 14-də xatırlanan yalnız bir deyil, bir neçə müqəddəs Valentin ola bilər. Lakin kilsə ənənəsində bu müqəddəslərin tarixi birləşdirilib və vahid şəxsiyyət kimi təqdim olunub. Bu hal da baş verənlərin əsl tarixini təhrif edir və bir sıra fərqli rəvayətlər meydana gətirir. Bütün hallarda isə, hər bir hekayənin mərkəzində sevgi, şəfqət və sadiqlik ideyası dayanır.

- Rahib Valentinin məzarı haradadır?

Valentin İnteramnada doğulub yaşayıb və Romada müvəqqəti olarkən 14 fevral 269-cu ildə orada həbs edilib, işgəncələrə məruz qalıb və edam edilib. Onun cəsədi tələsik yaxınlıqdakı qəbiristanlıqda dəfn edilib və bir neçə gecədən sonra şagirdləri onun cəsədini evə geri qaytarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Fevral 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri