Icma.az
close
up
RU
Azərbaycan qadını: qəhrəmanlıq və müqəddəslik simvolu

Azərbaycan qadını: qəhrəmanlıq və müqəddəslik simvolu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan tək geopolitik məkanına görə deyil, həm də milli mental xüsusiyyətinə görə dünyanın örnək sayılacaq ölkələrindəndir. 
Biz yalnız multikultural həyat tərzimizlə haqlı olaraq öyünmürük. Eyni zamanda,  insan və qadın hüquqlarını qorumağımıza görə tarixdə ön cərgədə duran xalqlardanıq. Keşməkeşli tariximizdə qadın hökmdarlarımızın və ziyalılarımızın mövqeyi, xüsusilə, Xalq Cümhuriyyəti dövründə Avropa üçün də örnək ola biləcək qadınlara seçmək və seçilmək hüququnun verilməsi bu məsələyə yanaşmada
nə qədər doğru və müasir olduğumuzun göstəricisidir. Tarixi ənənələrə söykənərək bugünkü qüdrətli Azərbaycan qadın hüquqlarına və qadınların dövlət idarəçiliyində rolunu qoruyub saxlayır və bu məqamı qanunvericiliklə də təsbit edir. Çünki cəmiyyətimiz üçün hər zaman faydalı olan Azərbaycan qadını müqəddəslik simvolu olub. Elm meydanında Zərifə xanım Əliyeva, azadlıq savaşında Tomris, diplomatik masada Sara, qəhrəmanlıq mücəssəməsi kimi Çənlibellərdə Nigar, beli qatarlı Həcər olan qadınlarımız hər zaman üstün mövqedə dayanıb.

Müasir dövrümüzdə də fəaliyyəti ilə qadınlarımız nümunə sərgiləyir. Məhz bu baxımdan insanlığı qorumağı fəaliyyətinin prioriteti seçən, sülh, humanizm simvolu Birinci vitse - prezident, şəfqət və xeyirxahlıq ünvanı olan Mehriban xanım Əliyeva Azərbaycan qadınını qlobal arenaya yeni imicdə təqdim edir. Azərbaycan qadınının bəşəri obrazı kimi Mehriban Əliyevanın fəaliyyətinə nəzər salmaq belə kifayət edər ki, keçmişdən gələn ənənəni günümüzdə ən layiqli şəkildə ucaldılmasının şahidi olaq.

Bu gün dünya Şuşanın azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi heyrətamiz şücaətə valeh olduğu kimi, həmin əsgərin anası kimi Azərbaycan qadının da qarşısında ehtiramla baş əymək məcburiyyətindədir. Çünki həmin ananın ümumiləşdirilmiş obrazı olaraq Mehriban xanım həm Müzəffər Ali Baş Komandanın ömür-gün yoldaşı, həm ölkəmiz üçün dəyərli övladların anası olmaqla bərabər, həm də Birinci vitse - prezident olaraq dövlət xadimi kimi beynəlxalq arenada özünü təsdiq edib. Dünya siyasi tarixində önə çıxmış çox xanımlar  var, amma belə zirvənin analoqu yoxdur.

Cəmiyyətimizin aparıcı qüvvəsi olan qadınlarımızın fəallığı, dövlət strukturlarında irəli çəkilməsi birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin adı ilə bağlıdır. 

Keçmiş ittifaqa, eləcə də sovet və müstəqil Azərbaycana rəhbərliyi dövründə böyük Heydər Əliyevin qayğısı nəticəsində qadınlarımız ölkəmizin ictimai, siyasi və mədəni həyatının vacib elementinə çevrildilər. 

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, onların hüquqlarının qorunmasında misilsiz xidmətlər göstərirdi.

Ulu öndərin qayğısının nəticəsi kimi, Azərbaycan həm də lider qadınlar ölkəsi oldu. 

Məhz bu baxımdan  tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin inkişafında və tərəqqisində Azərbaycan qadının özünəməxsus payı var. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın fəaliyyəti fərəh doğurur.

Qarabağ müharibəsində qəhrəman qadınlarımızın fədakarlığı onun təsdiqidir ki, haqq işimizdə kişilərimizlə bərabər onlar da silaha sarılaraq düşmənə qarşı cəbhə açıb, döyüşçü kimi nümunə sərgiləyib. Əsrin sonlarında şəhid olunan övladına deyil, qəsd, işğal olunan Vətənə göz yaşı axıdan qadınlarımızın ucalığı uzaq bir tarix deyil. 

44 günlük müqəddəs müharibəmizdə düşmən ordusundan fərqli olaraq övladını cəbhədən yayındırmayan Azərbaycan qadını savaşa göndərdiyi övladına “canavar kimi parçala onları” komandasını verir. Budur, Vətəni bizə sevdirən, onun qorunmasında şəhid olmuş övladının tabutu altına girən və “Vətən sağ olsun” söyləyən qadınlarımızın böyüklüyü. 

Azərbaycan qadını illərin sınağından çıxaraq bu gün özünü dünyaya torpaqlarını azad edən qəhrəman əsgərin anası, həm də ərazi bütövlüyünü təmin etmiş ölkənin idarəçiliyində iştirak edən dövlət xadimi kimi sübut edib.

Biz Azərbaycan sözünü anamızdan eşitdik. Bizə Azərbaycanı qorumağı, yaşatmağı, onu inkişaf etdirməyi, uğrunda, şəhid, qazi olmağı anamız öyrətdi. Elə ona görə də biz ölkəmizə Ana-Vətən deyirik. Vətəni bizə ana edən müqəddəs qadınlarımız, əziz şəhid, qazi anaları, xanımları, bayramınız mübarək. Hüzurunuzda əsgər kimi dayanmaq şərəfdir! 

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri