Icma.az
close
up
RU
“Murad Arif müğənni olsaydı dayım ona dəstək olardı” İslam Rzayevin qohumundan müğənniyə ETİRAZ

“Murad Arif müğənni olsaydı dayım ona dəstək olardı” İslam Rzayevin qohumundan müğənniyə ETİRAZ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Müğənni və aparıcı Murad Arif həqiqətən də bizim qohumdur. Onların ata evi ilə bizim baba evimizin arasında bir çəpər var idi. Valideynləri ilə gözəl münasibətimiz olub. Amma bir şeyi qəbul etmirəm, Murad Arif deyir ki, İslam Rzayev mənə dəstək olmadı. Necə dəstək olmaya bilər ki? Murad Arif o vaxt oxumurdu axı. “Lider” tv-də aparıcı kimi fəaliyyət göstərirdi. Eldənizə, Xatirəyə dəstək oldu, bütün rayonlardan gedib istedadlı uşaqları yığıb Bakıya təhsil almağa gətirdi, təkcə Murada dəstək olmadı? Murad o vaxt müğənni olsaydı əlbəttə ki, dayım ona da dəstək olardı. Ansamblına da çıxarardı, ona necə lazımdırsa dəstək olardı. Qulu Əsgərovun mahnılarını lentə dayım yazdırıb. Hələ də “Qızıl fond”-da onun lentləri qalıb”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib.

O daha sonra əlavə edib:

“Xatirə İslam dünən dayımın məzarını ziyarət edib. İnstaqram səhifəsində gördüm. Mən axı bir dəfə rəydə yazmışdım ki, gedin qəbirstanlıqda işləyənlərdən soruşun görün Xatirə bura sonuncu dəfə nə vaxt gəlib? Yəqin ona görə gedib. Hər zaman dayımı ziyarət edirəm. Hətta dərs dediyim uşaqları da onun məzarı üstünə aparıram. Dayımın bu qədər tələbələri, dəstək olduğu uşaqlar var. Hansı birini orada gördünüz? Heç kimi! Bu kişinin etdiyi yaxşılıqları unudanlar həqiqətən də ən nankor insanlardır”.

Arzu Şəmiyeva kişi sənətçilərin saçlarını boyamağından da danışıb:

“Səhnə adamı hər zaman yaxşı və gözəl görünmək istəyir. İstəyirlər ki, həmişə onları toylara dəvət etsinlər. Buna görə də saçlarını boyayırlar. O vaxt da olub. Tanıdığım sənətkarlar var ki, saçlarını boyayıblar. Amma dayım belə şeyləri heç vaxt sevməyib. O 50-60 il dərs deyib, sonra xəstə oldu saçları ağardı, yenə də başına rəng qoymadı”, - deyə sənətkarın qohumu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri