Icma.az
close
up
RU
Murdar ət satanlara yeni cəzalar gəlir

Murdar ət satanlara yeni cəzalar gəlir

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Bu, Cinayət Məcəlləsinə təklif edilən yeni - 200-3-cü maddədə əksini tapıb (APA).

Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, eyni əməllər:

- təkrar törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

- külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Azad İstehlakçılar Birliyinin sədri, istehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a şərhində təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanların 10 ilədək müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsini müsbət dəyərləndirib: “Qanunvericiliyə edilən dəyişiklik çox əhəmiyyətlidir, lakin zəhərlənmələri qeydiyyata alan həkimlər özlərində cəsarət tapıb dəqiq səbəbləri də yazacaqlarmı? Bu sahədə 27 ildir ki, istehlakçı hüquqlarını qoruya bilmirik. Çünki həkimlər həqiqi səbəbi dəqiq yazmırlar. Tibb müəssisələri bunu müəyyən etməlidirlər. AQTA müəyyən məsələləri monitorinq edib, nəticəyə gələ bilər. Sərtləşmənin tərəfdarıyıq, ancaq zəhərlənmədən əziyyət çəkmiş insanlara kompensasiyanın verilməsi, cinayət işlərinin qaldırılması məsələsi həkimlərə bağlıdır. Buna görə də qanunun tam işləyəcinə dair şübhələrim var. Zəhərlənmənin qarşısını almaq üçün hətta istehsal prosesində və anbarda saxlanılan zəhərli məhsulların aşkarlanması üçün AQTA müəyyən iş apara bilər. Amma qurumun elə bir səlahiyyəti və imkanı yoxdur ki, bütün istehsal və xidmət sahələrini 7/24 nəzarətdə saxlasın. Hansısa yolla zəhərli məhsullar bazara yol tapa bilər. Əsas  məsələ bazardakı təhlükəli qidadan ziyan görən istehlakçının hüquqlarının qorunması, lazım gələndə ona dəymiş ziyanın ödənilməsidir. Bu isə bir qədər çətin işdir”.

Qeyd edək ki, AQTA bu ilin mart ayında xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri Agentlik tərəfindən təsdiq edilməlidir. Bundan ötrü həmin müəssisələrin respublikamızda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində və ya vizualizasiya yolu ilə qiymətləndirilməlidir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

Ötən müddət ərzində müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılıb. Müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat və metodiki tövsiyələr verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıqlar edilib, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsi üçün onlara müəyyən vaxt verilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bəzi sahibkarlar isə həmin müəssisələrdə istehsal olunan məhsulları ölkəmizə gətirməyə cəhd göstərirlər. Qeyd olunan hallarla bağlı Agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və ya istehsalçı ölkəyə geri qaytarılır.

AQTA bəyan edir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edilə bilməz. Belə obyektlərdə istehsal edilən məhsulların qanunsuz olaraq ölkəmizə gətirilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bununla yanaşı, Agentlik bir daha cavabdeh qida subyektlərini və ya onların respublikamızdakı səlahiyyətli təmsilçilərini ölkəmizə yüksək risk qrupuna aid olan qida və yem məhsullarını gətirmək üçün müvafiq müəssisələri təsdiqdən keçirməyə dəvət edir. 

Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risk qrupuna aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri