Murmansk vilayətində gəmi yanıb
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...Murmansk vilayətində “Dobrınya” kiçik gəmisində yanğın baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Hadisə iyunun 23-də səhər saatlarında Liinaxamari kəndi ərazisində baş verib.
Gəmi balıq ovu üçün nəzərdə tutulmuşdu. "SHOT-un məlumatına görə, yanğına səbəb batareyada qısaqapanma olub. Nəticədə gəmi tamamilə yanıb, - mətndə deyilir.
Qeyd olunur ki, yanğın zamanı gəmidə iki nəfər olub, onlar xilas edilib.
Nord-News xəbər agentliyi Fövqəladə Hallar Nazirliyinin Murmansk vilayəti üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, insident nəticəsində neft dağılması baş verməyib.
Yanğının səbəbi müəyyənləşdirilir.
Nazlı Almuradova

Murmansk vilayətində neft məhsulları daşıyan gəmi batıb
01 İyun 2025 18:35
Murmansk hava limanı bağlandı KONKRET
29 Yanvar 2025 12:36
Murmansk vilayətinin qubernatoru regiona PUA hücumunu təsdiqləyib
01 İyun 2025 16:13
Rusiyanın Murmansk şəhərində yaşayış evinin damından atəş açan şəxs zərərsizləşdirilib YENİLƏNİB
31 Mart 2025 00:53
Moskva vilayətində un bunkeri yanıb
22 Mart 2025 18:06

