Icma.az
close
up
RU
Musa Qurbanlı: “Hamı öz mədəniyyətini göstərir”

Musa Qurbanlı: “Hamı öz mədəniyyətini göstərir”

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Maraqlı və gərgin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Hücumçu "Sabah"la heç-heçə etdikləri Misli Premyer Liqasının XXII turunun matçı (3:3) ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün qalib gəlmək çox vacib idi. Hesabda 0:3 hesabı ilə geriyə düşdük. Ən azından xarakter göstərdik, məğlub olmadıq. Belə maraqlı qarşılaşmalar ölkə çempionatında nə qədər çox olsa, yaxşıdır".
Qurbanlı meydanda yaşanana insidentə də münasibət bildirib:
"Bu cür gərgin və maraqlı oyunda normaldır. Futbolçular, məşqçilər, texniki zonada əyləşənlər emosiyalarına hakim ola bilmirlər. Belə halların yaşanması anlaşılandır. Bir qədər oyuna maraq qatır. Amma hardasa matçın tempini öldürdü. Məncə, temp düşməsəydi, vaxtımız olsaydı, bu hadisələr baş verməsəydi, dördüncü topu da vura bilərdik".
Forvard çempionluq şanslarından da söz açıb:
"Qarşıda çox oyunumuz var. Hər oyun qələbə qazanmağa, xal itirməməyə çalışacağıq. Şans bitməyib, kifayət qədər var. Son matçadək çempion olmaq üçün vuruşacağıq".
Oyunçu sonuncu qolu vurmasına da toxunub:
"Komandama fayda verməyə çalışıram. Sonradan da meydana girsəm, hədəf dəyişmir. Hazırda gərgin qrafikimiz var idi. Üzərimdə işləməli olduğum məqamlar çoxdur. Meydanda nə qədər çox olsam, fayda verməyə çalışacağam".
Qurbanlı rəqib məşqçinin qeyri-etik jest etməsi haqqında da danışıb:
"Mənim nəsə deməyim düzgün deyil. Hamı öz mədəniyyətini göstərir. Belə bir hal olubsa, xoş deyil. Bəlkə matçın gərginliyinə görə emosiyaları cilovlaya bilməyiblər. Hər halda belə halların olması xoş deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sport24.az
archiveBu xəbər 02 Mart 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri