Musa Qurbanlı: “Sabah”ı üstələdik, amma nələrsə çatmadı”
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Maraqlı oyun alındı". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı deyib.
Hücumçu "Sabah"la heç-heçə etdikəri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu (2:2) haqqında fikirlərini bölüşüb.
"Gərgin qarşılaşma oldu. Azarkeş sayında da rekord qeydə alındı. Bu isə bizim üçün çox xoşdur. Tərəfdarlarımıza təşəkkür edirəm. Həmin oyunların belə maraqlı, gərgin keçməsini istəyirik. Baxımlı matçlar çoxluq təşkil etsin".
Qurbanlı görüşdə yaxşı oynadıqlarını diqqətə çatdırıb: "Qələbə qazanmaq üçün də yaxşı şansımız var idi. Amma nələrsə çatmadı. Rəqibu üstələyirdik. Sadəcə, ikinci qoldan sonra oyunumuzda eniş oldu. "Sabah" da güclü rəqibdir. Cavab matçına yaxşı hazırlaşacağıq".
Forvard onları çətin qrafikin gözlədiyini sözlərinə əlavə edib:
"Sabah" və "Neftçi" ilə ardıcıl oyunlarımız olacaq. Maraqlı qarşılaşmaların çox olması inkişafımız üçün yaxşıdır. Həm çempionat, həm də kubok maraqlı keçər. "Sabah" yaxşı komandadır. Bunu sübut edirlər. Çempionluğa oynayırlar. Yaxşı heyətləri və baş məşqçisi var. Hazırda bu rəqibə qarşı qələbə qazana bilmirik. Buna tilsim deməzdim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:427
Bu xəbər 04 Aprel 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















