Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Məlum olduğu kimi, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.
Bunlar arasında Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi də var.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova əllərindən alınan Bakı Oksford Məktəbini icarəyə götürüb.
“Hazırda məktəbə yenə də Mehriban Məmmədova rəhbərlik edir” deyə mənbəmiz əlavə edib.
Qeyd edək ki, Bakı Oksford Məktəbi imkanlı şəxslərin övladlarının təhsil aldığı müəssisə kimi tanınır.
Bu məktəbin bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilir.
Afət Abbasova
Gununsesi.info
Baxış sayı:83
Bu xəbər 16 Yanvar 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















