Icma.az
close
up
RU
Müşahidə peykimiz gələn il hazır olacaqmı? AÇIQLAMA

Müşahidə peykimiz gələn il hazır olacaqmı? AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı? Kosmik texnologiyalarla bağlı ötən həftə Bakıda yüksək səviyyədə keçirilən "Space Technology Conference – STC2025" konfransında bir məqam diqqətimi cəlb etdi. İlk öncə qeyd edim ki, bu konfransda 40-dan çox ölkədən 400-dən artıq nümayəndə iştirak edirdi. Dünyanın kosmos ailəsi burada təmsil olunurdu. Kosmik şirkətlərin sərgiləri də təşkil olunmuşdu. Çinlə kosmik əməkdaşlıq sazişindən dərhal sonra Azərkosmos tərəfindən Azərbaycanda belə yüksək səviyyədə kosmik tədbirin keçirilməsi diqqət cəlb edən idi".

Ölkə.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib: "Konfransda İsrailin "IAI" şirkəti də təmsil olundu – hansı ki, bizim müşahidə peyklərimizi bu şirkət hazırlamalıdır. Xatırladıram ki, "Azərsky-1" müşahidə peykimiz vaxtından əvvəl idarəetmədən itəndən sonra Azərbaycan yeni müşahidə peyklərinin hazırlanması üçün İsrailin "İAİ" şirkəti ilə 120 milyon $ məbləğində müqavilə imzalayıb. "İAİ" həmçinin Azərbaycanda peyk istehsalı üçün kosmik infrastruktur da qurmalıdır.

Lakin gözləntilərin əksinə olaraq, nə Azərbaycan, nə də İsrail tərəfi bu peyklərin hazırlanması, istehsal infrastrukturunun qurulması və işlərin gedişi barədə konfransda ağlabatan bir açıqlama vermədilər. Halbuki müqaviləyə görə 2026-cı ilədək bir peykin hazır olması nəzərdə tutulurdu.

Yəni görünən odur ki, gələn il hazır olması, orbitə qaldırılması nəzərdə tutilan peyklə bağlı suallar doğuran bir səssizlik var.

Görəsən, bu səssizliyin səbəbi nə ola bilər? Düşünürəm ki, əsas məqam müqavilənin zamanında icrasının mümkün olmaması ilə bağlı ola bilər.

Bəs gecikmə nəyə əlaqəli ola bilərdi? Xatırladıram ki, İsrail və HƏMAS arasında müharibə həmin müqavilənin mürəkkəbi qurumamış, imzalanma mərasimindən bir neçə gün sonra başlamışdı".

O.Gündüzün fikrincə, müharibə ilə bağlı regionda yaranmış situasiya, İsrailə qarşı müəyyən beynəlxalq təsirlər bu texnoloji layihənin də gecikməsinə səbəb ola bilərdi:

"Eyni zamanda düşünürəm ki, bu səssizlik, əvvəllər bəzi Avropa ölkələrinin Azərbaycanla əlaqəli texnologiya ixracı ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri də xatırladır. Xatırlayıram ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Türkiyənin Bayraktarından effektiv istifadə etdiyinə görə Kanada Türkiyəyə sanksiya tətbiq edərək, dron istehsalı üçün optik texnologiyaları verməkdən imtina etmişdi. Ehtimal etmək olar ki , müşahidə peykləri üçün zəruri olan həssas texnoloji komponentlərin ixracında da oxşar çətinliklər var. Xatırladıram ki, cari ildən Azərbaycan Çinlə də kosmik sahədə strateji əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq Azərbaycanın texnoloji alternativlərini genişləndirmək, qlobal kosmik bazarda mövqeyini möhkəmləndirmək baxımından da önəmlidir. Yəni müəyyən təsirlərdən dolayı İsrail ilə əməkdaşlıq baş tutmazsa, ən azı alternativlərimiz var. Gələn ay İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək. Düşünmək olar ki, 120 milyonluq müqavilənin icrası ilə məqamlar da müzakirə predmeti ola bilər.

Ümid edirəm, İsrail müşahidə peyklərimizi zamanında təhvil verə biləcək".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri