Çelsi azarkeşlərindən Qarabağ ın oyununa böyük maraq: Bakıya 1 300 ingilis fanat gəlir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İngiltərənin məşhur "Çelsi" klubunun azarkeşləri "Qarabağ"la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər.
Oxu.Az azerisport.com saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.
Məlumata görə, Böyük Britaniyadan Azərbaycan paytaxtına 1300-ə yaxın azarkeş ordusunun gələcəyi gözlənilir. Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" ilə "Qarabağ" hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















