Icma.az
close
up
RU
Məşhur türkiyəli müğənni Güllünün qatili olduğu iddia edilən qızından ölüm mesajları ilə bağlı etiraf: Mən yazmışam

Məşhur türkiyəli müğənni Güllünün qatili olduğu iddia edilən qızından ölüm mesajları ilə bağlı etiraf: Mən yazmışam

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda sentyabrın 26-da yaşadığı altıncı mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir.

Müğənnini öldürdüyü iddia edilən qızı Tuğyan Ülkem Gülter ona qarşı irəli sürülən ittihamlarla bağlı ifadə verib.

Daha əvvəl Güllünün İstanbulda səhnə aldığı əyləncə məkanının sahibi Ferdi Aydın iki şahidlə birlikdə Yalova Ədliyyəsinə gələrək, müğənnini qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia etmiş və dəlil kimi "WhatsApp" yazışmalarını səlahiyyətlilərə təqdim etmişdi. Aydının iddiasına görə, qızı Güllü ilə bağlı ailə dostuna göndərdiyi mesajlarda anasının ölməsini istədiyini dilə gətirib.

Yalova Baş Prokurorluğu bundan sonra Tuğyan Ülkem Gülteri məhkəməyə çağırıb və "WhatsApp" mesajları ilə bağlı ifadəsini alıb.

Gülter sübut kimi göstərilən bu mesajları özünün göndərdiyini etiraf edib.

"Göstərilən mesajlar mənə aiddir, qəbul edirəm, amma mən bu mesajları hərdən bir anamla dalaşanda yazırdım. Anamı öldürməmişəm", - deyə o bildirib.

Bu sözlərdən sonra bütün gözlər yenidən prokurorluğun çıxaracağı qərara yönəlib. Qızı ilə Güllü arasında nə baş verdiyi və məşhur sənətçinin ölümünə qızının səbəb olub-olmadığı diqqət mərkəzindədir.

Qeyd edək ki, Ferdi Aydın Gülterin Bircan adlı ailə dostlarını təhdid edərək bu mesajları sildirdiyini də iddia edib.

"Güllü bacının öldürüldüyünü düşünürük. Ailə dostu Bircan xanımın da etirafları var. Tuğyan Bircanın evinə girib, qadını qorxudub və telefonundakı bütün səs yazılarını zorla sildirib.

Mesajların səs yazıları məndədir. İndi onları dosyeyə əlavə edəcəyik. Tuğyanın keçmiş sevgilisinin səs qeydləri var və orada qızın narkotikdən istifadə etdiyi, pis qadın olduğu bildirilir. Bircanın da videosu var. "Tuğyan ona etiraf edib ki, "Kaş anamı bu şəkildə öldürməsəydim. Sümükləri parçalandı, kədərləndim". Mən Tuğyanın qatil olduğu qənaətindəyəm. Bütün bunları sübut kimi qeydə təqdim edəcəyəm", - deyə iş adamı vurğulayıb.

Xatırladaq ki, Güllünün ölüm səbəbinə dair məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri