Icma.az
close
up
RU
“Ödəniş itlər üçün 60, pişiklər üçün 70 manatdır...” Ev heyvanlarının gözəllik salonundan

“Ödəniş itlər üçün 60, pişiklər üçün 70 manatdır...” Ev heyvanlarının gözəllik salonundan

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 oktyabr, Nailə Həsənova, İlkin Cavanşirov, AZƏRTAC

Paytaxt Bakıda evlərində bir sıra heyvanlar, xüsusilə, it və pişik saxlayanlara çox rast gəlinir. Şübhəsiz ki, bu heyvanlara mütəmadi olaraq qulluq göstərilməsinə, o cümlədən onların təmiz saxlanmasına, eləcə də estetik baxımdan səliqəyə salınmasına ehtiyac yaranır. Təsadüfi deyil ki, hazırda Bakıda ev heyvanları üçün xüsusi gözəllik salonları fəaliyyət göstərir. Əsasən it və pişiklərə gigiyenik, estetik qulluq göstərilən bu salonların əməkdaşları onların yuyulmasını, tüklərinin və dırnaqlarının kəsilməsini, qulaqlarının və gözlərinin, bəzən isə dişlərinin təmizlənməsini həyata keçirirlər.

Ev heyvanlarında xəstəliklər ola bilər

AZƏRTAC-ın əməkdaşları Bakıda fəaliyyət göstərən həmin salonlardan birində göstərilən xidmətlərlə tanış olublar. Paytaxtın Nərimanov rayonunda yerləşən “Woof-woof grooming and spa” salonunun sahibi Flora Rəhimzadənin dediyinə görə, onda heyvanlar üçün salon yaratmaq ideyası xarici ölkələrdən birinə səfəri zamanı yaranıb. O, həmçinin bildirib ki, hazırda 1 iti və 3 pişiyi var. O, pişiklərdən 2-ni küçədən evə gətirib, 1-ni isə həyat yoldaşı tapıb. İti də ona bağışlayıblıar. Heyvan sahibi olandan sonra onları müntəzəm şəkildə şəhərdəki heyvanlar üçün nəzərdə tutulan salonlara aparıb. Bir müddət sonra isə özünün və başqalarının heyvanlarına qulluq təşkil etmək məqsədilə ideyasını reallaşdırmaq qərarına gəlib.

Flora Rəhimzadənin sözlərinə görə, sahibi olduğu salonda sanitar-gigiyenik qaydalara xüsusi diqqət yetirilir: “Heyvanlarda səpkilər, iltihabı və yoluxucu xəstəliklər ola bilər və bu, çox təhlükəlidir. Ona görə də hər dəfə heyvanlara qulluq edildikdən sonra bütün avadanlıqlar dezinfeksiya olunur. Təmizlik işlərinin gigiyenik qaydalar əsasında aparılması ciddi nəzarət altındadır”.

Göstərilən xidmətlərin qiymətləri barədə danışan salon sahibi deyib: “Göstərdiyimiz xidmətlər yüksək səviyyədədir və hər şey nəzərə alınır. Ona görə də ola bilsin ki, digər salonlara baxanda xidmət haqqı bir az yüksəkdir. Salonda eyni vaxtda qulluq üçün çoxlu heyvan qəbul edilmir, onların arasında ən azı 1-2 saat fasilə verilir. Həmin müddətdə salondakı alətlər sterilizasiya olunur. Çalışırıq ki, heç bir heyvan zərər çəkməsin. Heyvan xəstələnəndə onun sahibi də əziyyət çəkir. Yeri gəlmişkən, qeyd edim ki, itlər üçün gigiyena 40, kompleks qulluq 60, pişiklər üçün gigiyena 40, kompleks qulluq 70 manatdır”.

Pişiklər təmizkardır, itlər isə fərqlidir

Salonda heyvanlara qulluq edən (groomer) Röya Təhməzova 8 ildir bu sahədə çalışdığını söyləyib. O deyib ki, son 6 ayda “Woof-woof grooming and spa” salonunda fəaliyyət göstərib. Əsasən itlərə qulluq edən həmsöhbətimiz evində 6 it saxladığını deyib: “Qoca itim var idi, onun tüklərini kəsmək lazım gəlirdi. Bu işi öyrənmək üçün salonda usta köməkçisi kimi işə başladım. Getdikcə saç düzümlərini, digər qulluq qaydalarını öyrəndim, peşənin incəliklərinə yiyələndim. Doğrudur, son illər səhhətimlə əlaqədar olaraq böyük pişikləri qəbul etmirəm. Ancaq pişik balalarına qulluq edirəm”.

İtlərin qulluğa daha çox ehtiyaclarının olduğunu deyən Röya Təhməzova bunu pişiklərin xarakteri ilə əlaqələndirib: “Pişiklər təmizliyi sevirlər. Onlar özlərini yalayaraq müəyyən təmizlik işi aparırlar. İtlər isə fərqlidir. Bakıda daha çox uzun tüklü itlərə üstünlük verilir, hətta onlara oyuncaq kimi baxırlar. İtlərin tüklərini bir həftə daranmayanda dolaşır. Bu zaman itlərin dərisi qırışır və onların tüklərini darayanda ağrı verir. Axı, it də canlıdır, onu incitmək olmaz. Ona görə bunu mütləq nəzərə almaq lazımdır”.

Ən çox qulluq tələb edən itlərdən danışan Röya Təhməzova deyib ki, Şpits, Pudel, Maltsipoo kimi cinslər dəbdə olduğundan onları salona daha çox gətirirlər: “Onların tükləri gündə 1 dəfə daranmalı, 15 gündən bir qulluğa aparılmalıdır. Həmin növ itlərin tükləri tez uzandığına görə vaxtaşırı gigiyena tələb olunur. Saçlarının çox uzanmaması üçün ayda bir dəfə tükləri qısaldılmalıdır”.

Heyvanlara fərdi yanaşılmalıdır

Röya Təhməzova hər bir heyvana fərdi yanaşmağın lazım gəldiyini söyləyib: “İtlər aqressivləşəndə, psixoloji problemləri olanda onları qəbul etmirik. Ola bilsin ki, nə vaxtsa qulluğa gələn itin xoşuna gəlməyən məqamlar olub, bu zaman onun aldığı psixoloji travma qalır. Belə olanda itin psixoloji cəhətdən sakitləşməsini gözləmək lazımdır. Bildirim ki, hər il ustalar üçün ustad dərsləri təşkil edilir. Bundan başqa, xarici ölkələrdə təşkil edilən psixoloji kurslara gedirik və belə məqamlarda heyvanla “dil tapmağın” yollarını daha mükəmməl öyrənirik”.

O, ev heyvanlarına qulluq zamanı bütün prosedurların şəffaf şüşə arxasında və sahiblərinin qarşısında, müşahidə kameraları altında aparıldığını bildirib. İt və pişiklərə qulluğun fərqindən bəhs edən həmsöhbətimizin sözlərinə görə, pişiklər üçün ideal sakitlik olmalıdır: “Onlar fenin ən zəif səsini də sevmirlər. Həm də psixoloji olaraq özlərini təhlükəsiz hiss etməlidirlər, əks halda aqressivləşirlər. Pişiklərin tüklərini qırxmaq olmaz, onların tükləri daranmalıdır. Bəzən bunu anlamayanlar olur. İtlərə qulluğa onların çimizdirilməsi, dirnaqlarının kəsilməsi, qulaqlarının təmizlənməsi daxildir. Dırnaq kəsimi mütləqdir. Heyvanın dırnaqları uzanandıqca pəncəyə daxil olaraq onu yaralaya bilər”.

Qeyd edək ki, mütəxəssislərin bildirdiklərinə görə, bəzi zoonoz xəstəliklər var ki, bunlar insanlardan heyvanlara və heyvanlardan insanlara keçə bilər. Ona görə də evlərində heyvan saxlayanlar onlara xüsusi diqqət yetirməli, gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri