Icma.az
close
up
RU
Müsavat və AXCP nin bağlanması ehtimalı varmı? RƏY

Müsavat və AXCP nin bağlanması ehtimalı varmı? RƏY

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Son günlər Ramiz Mehdiyev şəbəkəsinin ifşası fonunda bəzi müxalifət partiyalarının, xüsusilə AXCP və Müsavatın illərlə xarici qüvvələr və bu şəbəkə ilə gizli əlaqələrinə dair iddialar cəmiyyətdə geniş müzakirə olunur.

Milli təhlükəsizlik prizmasından bu iddialar təsdiqlənərsə, bu partiyaların siyasi fəaliyyətinə hüquqi qiymət verilməsi gündəmə gələ bilərmi?

Milli Məclisin deputatı Elman Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, əvvəllər hakimiyyətin qanadlarında Mehdiyevin adamlarının olması ilə bağlı ittihamlar səslənirdisə, indi həm də, müxalifət sıralarında belə şəxslərin olması barədə mövqelər ortaya qoyulur:

“Ramiz Mehdiyev işi ilə bağlı istintaq prosesləri gedir. Bu prosesdə isə yeni-yeni yanaşmalar ortaya çıxır. Əvvəllər hakimiyyətin qanadlarında Mehdiyevin adamlarının olması ilə bağlı ittihamlar səslənirdisə, indi həm də, müxalifət sıralarında belə şəxslərin olması barədə mövqelər ortaya qoyulur. Xüsusən Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının adı daha çox hallanır. Nəzərə alsaq, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması 2019-cu il oktyabrın 23-nə təsadüf edir. AXCP-nin lideri Əli Kərimlinin təşkil etdiyi mitinq həmin ilin 19 oktyabrında baş vermişdi. Bu gün mətbuatda daha geniş yayılmış mövqe ondan ibarətdir ki, Mehdiyev müxalifətin timsalında təhlükə obrazı formalaşdıran və onunla mübarizə aparan əzmkar vəzifəli şəxs kimi özünü cəmiyyətə sırımaq istəyib. Eyni zamanda 19 oktyabr mitinqinin təşkilində də onun birbaşa iştirakı ilə bağlı ittihamlar səslənir.

Ramiz Mehdiyev işinin istintaq prosesində Dövlət Şurasını formalaşdıracaq 50 nəfərin sırasında və yaxud da ondan kənarda AXCP partiyasının müsavat liderlərinin adı təsdiqini taparsa, cinayət məsuliyyəti yaranacaq, partiyaların funksionallığı məsələsi gündəmə gələ və onların fəaliyyəti ilə bağlı məsələ müzakirə oluna bilər. Doğrudan da hər iki partiya liderinin cinayət əməlində iştirakı təsdiqini taparsa, onların fəaliyyətinə xitam verilə bilər. Lakin bunlar hələ ki, ehtimal səviyyəsindədir və istintaq nəticələri bəyan edilməyib. Ona görə də, biz ehtimallardan danışırıq. Zaman və hüququn aliliyi səviyyəsində qiymət veriləcək”,-deyə deputat fikrini yekunlaşdırıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər:

“Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları Azərbaycanın ictimai-siyasi proseslərinə təsir imkanları olmayan lokal siyasi təşkilatlanmalardır. Hər iki partiya Vətən müharibəsində və ondan sonrakı 5 illik dövrdə fəaliyyətləri ilə özlərini siyasi sistemdən tamamilə kənarlaşdırıblar. Belə olan halda hər iki partiyanın bundan sonrakı mərhələdə mövcud olması şərtləri demək olar ki, yoxdur. Buna görə də, vahid siyasi ideologiya əsasında deyil, 1990-cı illərin xaotik siyasi prosesləri əsasında təşkilatlanmış olan bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər. Siyasi partiyalar konkret ideologiya, dəyərlər əsasında formalaşan siyasi birliklərdir. Lakin nə AXCP-də, nə də Müsavat partiyasında bu ideologiyanın və dəyərlərin nədən ibarət olduğunu görə bilmirik. Ona görə də, bu partiyaların fəaliyyəti bu gün aktual hesab olunmur. Vaxt yetişib ki, onlar öz barələrində qərar qəbul etsinlər, əks təqdirdə onların bağlanması zərurəti yarana bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri