Icma.az
close
up
RU
Müsəlman dünyası üçün yeni mərhələ başlayıb: Yeni geosiyasi reallıq

Müsəlman dünyası üçün yeni mərhələ başlayıb: Yeni geosiyasi reallıq

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Suriyada fəaliyyət göstərən radikal islamçı "Heyat Tahrir əş-Şam" (HTŞ) qruplaşmasını terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır. Bu barədə məlumatlar ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən yayımlanıb. Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak da bu barədə dolayı siqnallar vermişdi. Bir neçə gün əvvəl isə ABŞ prezidenti Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

Maraq doğuran məqamlardan biri də budur ki, Rusiya da qısa müddət əvvəl "Taliban" hərəkatını terror təşkilatları siyahısından çıxarıb.

Ölkə.Az xəbər verirr ki, "Caucasian Bureau" Telegram kanalının təhlilinə görə, bu addımlar təkcə ikitərəfli münasibətlər kontekstində yox, həm də bölgədə yeni siyasi düzənin formalaşmasına işarədir.

HTŞ 2016-cı ildə, o cümlədən “Əl-Qaidə”nin Suriyadakı qolu olan “Cəbhət ən-Nusra”nın bazasında yaradılıb. Onun lideri – Əhməd əş-Şara (təxəllüsü Əbu Məhəmməd əl-Culani) hazırda Suriyanın de-fakto prezidenti hesab olunur. 2020-ci ildən HTŞ İdlibə nəzarət edirdi. 2024-cü ildə isə müxalif qruplarla birləşərək Bəşər Əsəd rejimini devirdi və ölkədə hakimiyyəti ələ keçirdi.

Hazırda HTŞ-nin rəhbərlik etdiyi Suriya yeni beynəlxalq münasibətlər qurur – ABŞ, İsrail və Aİ ölkələri ilə diplomatik kanallar açılıb. Bu, bir zamanlar terrorçu kimi tanınan qruplaşmaların legitim güc kimi qəbul edilməyə başladığını göstərir.

Oxşar ssenari 2021-ci ildə Əfqanıstanda da yaşandı – "Taliban" hakimiyyəti ələ keçirdi və zamanla beynəlxalq birliyin qəbul etdiyi real gücə çevrildi.

"Caucasian Bureau"nın analitikləri qeyd edir ki, bu proseslər uzun illər boyunca qorunan bir stereotipin dağıldığını göstərir: radikal islamçı qrupların “terrorçu” statusu əsasən geosiyasi maraqlar və beynəlxalq konfiqurasiyalara uyğun müəyyənləşdirilib.

ABŞ və Rusiyanın bu kimi təşkilatlarla əməkdaşlığa meyl göstərməsi, cihadçıların siyasi səhnəyə inteqrasiya olunmasına yaşıl işıq yandırır. Bu isə həm müsəlman dünyası üçün yeni mərhələnin, həm də qərb təhlükəsizlik doktrinalarının ciddi transformasiyasının başlandığını göstərə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see155

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see147

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see146

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see143

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri