Icma.az
close
up
RU
Müşfiq Xanın oğlu tapıldı Təfərrüat

Müşfiq Xanın oğlu tapıldı Təfərrüat

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki, dərslərdən yorulub, artıq onlar onu sıxır”.
Yeniavaz.com
xəbər verir ki, bunu oxu.az-a açıqlamasında naşir Müşfiq Xan deyib.
Ötən gün oğlunun evdən qaçmasının ardınca yaşanan hadisələrdən danışan naşir qeyd edib ki, hazırda oğlu 10-cu sinifdə oxuyur və I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır:
“Bizim evdə təxminən dörd ay əvvəl yanğın olmuşdu, hələ də biz öz evimizdə yaşamırıq. Evdə təmir işləri gedir.
Dünən, uşağın itməsi ilə bağlı müraciətdən sonra, Daxili İşlər Nazirliyinin 16, 20 və 40-cı polis bölmələrində çalışan əməkdaşlar, təhlükəsiz şəhər kameralarını bir-bir izləyərək, onun hansı istiqamətdə getməsini müəyyənləşdirmək üçün əllərindən gələni etdilər”.
M.Xan bildirib ki, oğlunu “İnqilab” deyilən ərazidə (H.Əliyev küçəsi) bir hosteldən tapıblar:
“Planlaşdırıb ki, gedib başlanğıc kimi bir dönərxanada filan işləyəcəyəm, sonra da bacardığım hansı işlər olarsa, işləyərəm. Özü pul qazanmağa həvəsli uşaqdır. Sadəcə, yaşı az olduğu üçün, mən işləməyə icazə vermirəm ki, indi sənin vəzifən dərs oxumaqdır”.
Niyə məhz o hostelə getməsi məsələsinə gəlincə isə naşir qeyd edib ki, oğlu əslində başqa hostelə getməli imiş, amma şəhəri yaxşı tanımadığı üçün və hadisədən bir gün əvvəl smartfonu onun əlindən aldığı üçün həmin ünvanı tapa bilməyib:
“Mən bir gün əvvəl smartfonu ondan götürüb yerinə adi, sadə telefon vermişdim. Gedəndə o telefonu götürməyib, şəhəri də yaxşı tanımır deyə başqa bir hostelə gedib. Həmin hosteldə də əsasən tələbə-gənclər, işləyənlər, təhsil alanlar qalır. Evdən anasından 200 manat civarında pul da götürüb və düşünüb ki, günə 10 ya 15 manat ödəyib qalacaq orada. Şəxsiyyət vəsiqəsini belə götürməmişdi”.
“Yeniyetmə olduğunu gördükləri halda niyə hosteldə heç kim ailəsinə xəbər verməyib” sualına gəlincə, naşir bildirib ki, buna cəhd ediblər, amma oğlu razı olmayıb:
“Hosteldə məcbur ediblər ki, valideynlərinin nömrəsini ver, zəng edib xəbər verək. Etiraz edib, verməyib nömrəni.
Daha sonra isə həmin hosteli icarəyə götürən şəxs sosial şəbəkədə paylaşımları və şəklini görüb, nömrələrimi görüb mənə zəng edib. Həmin vaxt mən polis idarəsində idim. 16-cı polis bölməsindən böyük monitorlu izləmə yerinə getmişdik.
Zəng edən adam bir az ehtiyatlı danışırdı, istəyirdi bilsin ki, evdə hər hansı narazılıq olubmu, olmayıbmı. Yəqin fikirləşib ki, bəlkə evdə incidiblər deyə uşaq evdən qaçıb. Onu əmin etdim ki, evlə bağlı heç bir problemi yoxdur və ola da bilməz. Sonra telefonu polis əməkdaşı götürüb həmin adamla danışdı, adam dedi ki, narahat olmayın, uşaq yatıb, rahat yerdədir. Sabah gəlib götürərsiniz. Sabaha saxlamaq olmazdı təbii ki. Biz getdik həmin yerə və təxminən gecə saat ikidə uşağı götürdük, gətirdik evə”.
Naşir açıqlamasında onu da vurğuladı ki, hazırda oğlunun vəziyyəti yaxşıdır:
“Deyir özüm məqsədli şəkildə çıxmışdım. Hətta TŞ kameralarına düşməsin deyə, həmişə başıaçıq gəzən uşaq başına yun papaq, onun da üstündən gödəkcənin papağını qoyub ki, kameralarda görünməsin”.
Sonda Müşfiq Xan ötən gün yaşadığı hadisədə ona dəstək olan hər kəsə təşəkkür etməyi də unutmadı:
“Mən dünən bizim problemi işıqlandıran bütün mətbuat nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə və uşağın tapılması üçün əlindən gələni edən polis əməkdaşlarına təşəkkür etmək istəyirəm. Çünki onlar olmasa idi, uşağı tapmaq o qədər də asan olmayacaqdı”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri