Müşfiq Xanın evi yandı Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xanın evi yanıb.
Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.
Yanğında xəsarət alan olmasa da, ev sahibinə külli miqdarda ziyan dəyib.
"Mücrü" nəşriyyatının anbarı da evdə yerləşdiyindən yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub.
Yazıçıya yanğın nəticəsində külli miqdarda ziyan dəydiyi qeyd olunur.

