Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Hesablama Palatasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ETSN-dən məlumat verilib.
Bildirilib ki, ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılmasına və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 18 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















