Icma.az
close
up
RU
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

11 dekabr 2025-ci il tarixində MÜSİAD Azərbaycanın dərnək mərkəzində VİDAL Özəl Sənaye Məhəlləsinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Layihələrin Əlaqələndirilməsi sektorunun müdiri Cavid Qurbanlı və Industrial Management and Development MMC-nin direktoru Ramiq Salmanov iştirak ediblər.

Tədbir qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni təşəbbüslərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Görüş zamanı MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlərə diqqət çəkib.

O, Azərbaycanda son illərdə formalaşdırılan münbit biznes mühitinin yerli və xarici investorlar üçün geniş imkanlar açdığını qeyd edib. Rəşad Cabirli bildirib ki, MÜSİAD dünyanın 90-dan artıq ölkəsində 60 mindən çox üzvü bir araya gətirən geniş şəbəkəyə malikdir. Onun sözlərinə görə, bu güc əməkdaşlığın daha koordinasiyalı şəkildə həyata keçirilməsi üçün mühüm platforma rolunu oynayır.

Sədr vurğulayıb ki, əsas məqsəd müxtəlif qurumlar arasında əlaqələri gücləndirmək, tərəfdaşlığı möhkəmləndirmək və birgə layihələr yaratmaqdır. O, MÜSİAD-ın bir körpü funksiyasını yerinə yetirdiyini, həmçinin qarşılıqlı iş bölüşdürülməsi üçün real imkanlar yaratdığını bildirib. Azərbaycan üzrə 100-dən çox üzvün fəaliyyət göstərməsi isə təşkilatın ölkədəki nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Görüşdə çıxış edən Cavid Qurbanlı əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirib. O, sənaye zonalarının inkişafının iqtisadi artıma mühüm töhfə verdiyini vurğulayıb.

Teyyub Cabbarov VİDAL Özəl Sənaye Məhəlləsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O bildirib ki, sənaye məhəllələri yerli istehsalın gücləndirilməsi və ixrac potensialının artırılması üçün vacib alətdir.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə innovativ yanaşmaların tətbiqi və sənaye müəssisələrinin dayanıqlı inkişafı əsas mövzulardan biri olub.

Tərəflər qeyd ediblər ki, yeni əməkdaşlıq modelləri regional iqtisadi inteqrasiya üçün əlavə imkanlar yarada bilər. Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

Sonda MÜSİAD Azərbaycan ilə VİDAL Özəl Sənaye Məhəlləsi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Həmçinin sənaye sektorunda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.

Qeyd edilib ki, bu sənəd gələcəkdə birgə layihələrin reallaşdırılması üçün hüquqi baza yaradacaq.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri