Icma.az
close
up
RU
MÜSİAD la Vidal Sənaye Mərkəzi əməkdaşlığı müzakirə edildi FOTOLAR

MÜSİAD la Vidal Sənaye Mərkəzi əməkdaşlığı müzakirə edildi FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu gün MÜSİAD Azərbaycanın dərnək mərkəzində Vidal Özəl Sənaye Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Abşeron Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Layihələrin Əlaqələndirilməsi sektorunun müdiri Cavid Qurbanlı və Industrial Management and Development MMC-nin direktoru Ramiq Salmanov iştirak ediblər.

Modern.az xəbər verir ki, tədbir qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni təşəbbüslərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Görüş zamanı MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlərə diqqət çəkib.

O, Azərbaycanda son illərdə formalaşdırılan münbit biznes mühitinin yerli və xarici investorlar üçün geniş imkanlar açdığını qeyd edib. Rəşad Cabirli bildirib ki, MÜSİAD dünyanın 90-dan artıq ölkəsində 60 mindən çox üzvü bir araya gətirən geniş şəbəkəyə malikdir. Onun sözlərinə görə, bu güc əməkdaşlığın daha koordinasiyalı şəkildə həyata keçirilməsi üçün mühüm platforma rolunu oynayır.

Sədr vurğulayıb ki, əsas məqsəd müxtəlif qurumlar arasında əlaqələri gücləndirmək, tərəfdaşlığı möhkəmləndirmək və birgə layihələr yaratmaqdır. O, MÜSİAD-ın bir körpü funksiyasını yerinə yetirdiyini, həmçinin qarşılıqlı iş bölüşdürülməsi üçün real imkanlar yaratdığını bildirib. Azərbaycan üzrə 100-dən çox üzvün fəaliyyət göstərməsi isə təşkilatın ölkədəki nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Görüşdə çıxış edən Cavid Qurbanlı əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirib. O, sənaye zonalarının inkişafının iqtisadi artıma mühüm töhfə verdiyini vurğulayıb.

Teyyub Cabbarov Abşeron Özəl Sənaye Məhəlləsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O bildirib ki, sənaye məhəllələri yerli istehsalın gücləndirilməsi və ixrac potensialının artırılması üçün vacib alətdir.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə innovativ yanaşmaların tətbiqi və sənaye müəssisələrinin dayanıqlı inkişafı əsas mövzulardan biri olub.

Tərəflər qeyd ediblər ki, yeni əməkdaşlıq modelləri regional iqtisadi inteqrasiya üçün əlavə imkanlar yarada bilər. Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

Sonda MÜSİAD Azərbaycan ilə Vidal Özəl Sənaye Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Həmçinin sənaye sektorunda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.

Qeyd edilib ki, bu sənəd gələcəkdə birgə layihələrin reallaşdırılması üçün hüquqi baza yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri