Icma.az
close
up
RU
Musiqi dünyasının əbədiyaşarlıq nümunəsi!

Musiqi dünyasının əbədiyaşarlıq nümunəsi!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qara Qarayevin doğum günüdür

Qara Qarayevin musiqisi milyonlarla ürəkləri hərarəti, emosionallığı ilə fəth edib, müasirliyi, fəlsəfiliyi ilə düşündürüb. Bu dahi şəxsdən söz açanda sanki fonda hər zaman “Yeddi gözəl” baletinin sədaları səslənir. Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir.

Q.Qarayevin məşhur bir ifadəsi var idi: “Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz”. O, sənətdə yeniliyi, qeyri-adiliyi sevirdi, həm də klassikaya bağlı idi. Mükəmməl musiqi təhsili almışdı. Üzeyir bəy Hacıbəyov və Dmitri Şostakoviç kimi nəhəng bəstəkarlar onun sənət müəllimi olmuşdular. Dünya musiqi irsini mükəmməl şəkildə mənimsəmişdi. Hələ yaradıcılığa başladığı ilk günlərdən aydın dərk etmişdi ki, təqlidçilik, keçilmiş yolla getmək əlçatmaz zirvələri fəth etmək üçün ən böyük maneədir.

Bəzi sənətkarlar yaradıcılıqlarında uğur qazanmağın yolunu seçdikləri mövzunun aktuallığında - müasirliyində görürlər. Qarayev kimi böyük sənətkarlar üçün ən böyük meyar istedad və əlbəttə ki, zəhmətdir. Belə sənətkarlar üçün hər hansı mövzu həmin sənətkarın istedadı və fövqəladə zəhməti hesabına sənətin zirvəsinə yüksələ bilir. 12-ci əsrdə yaşamış Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” əsərinə balet bəstələyən Q.Qarayevin bu baletində keçmiş və indi, bu günümüzlə gələcək, orta əsrlərdə yaşayan insanların arzusu, istəyi, həyəcanı, narahatlığı, düşüncəsi ilə - müasirimiz olan insanların arzu, istək, həyəcan, narahat düşüncələri vəhdətdədir. Necə deyərlər, orta əsr insanlarının hissləri, müasirimiz olan insanların hiss-həyəcanları ilə harmoniya təşkil edir.

107 il öncə bu gün...

Bu gün dahi sənətkarın anadan olmasından 107 il ötür. O, 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Təravətini heç zaman itirməyən Qarayev musiqisi, həm bu günümüzün, həm də gələcəyin musiqisidir. Min illərdir ki, rəssamlıqda, musiqidə, heykəltəraşlıqda, ədəbiyyatda daimi olan mövzular var: məhəbbət, müharibə, ölüm, mübarizə... Bunlar bəşəri mövzulardır. Bu mövzulara hər bir sənətkar öz nöqteyi-nəzərindən, düşüncə sferasından, hiss və həyəcanından təsirlənərək yanaşır. Dünya dəyişir, əsrlər bir-birini əvəz edir, amma yuxarıda qeyd etdiyimiz bəşəri mövzular öz aktuallığını itirmir, əksinə illər ötsə də yaşayır...

Milli dəyərlərimizə sadiq şəxsiyyət...

Şəxsiyyəti də musiqisi kimi bənzərsiz olan Qarayev təbiətən çılğın adam idi. İnsani keyfiyyətləri əsas tutar, əsərlərində qəhrəmanlarının bu amal uğrunda mübarizəsini verirdi. Ona görə də onun əsərlərində çılğın, narahat notlar daha çoxluq təşkil edir. Onun əsərlərini dinləyərkən sanki hisslər tufanına düşürsən. Q.Qarayev milli dəyərlərə sadiq insan idi. Muğamlarımızı, xalq mahnılarını, aşıq sənətini, klassik ədəbiyyatımızı gözəl bilirdi. Və xalq sənətimizin bu əvəzsiz incilərindən əsərlərində yetərincə istifadə edirdi. Ölməz “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” süitası dediklərimizin şübhəsiz təsdiqidir.

Bizim və bütün dünyanın Qara Qarayevi...

O, həm də bəşəri bir sənətkar idi. Bütün bəşəriyyətə mənsub olan Q.Qarayev dahi Servantesin həmişəyaşar “Don Kixot” əsərinə çəkilmiş filmin (rejissoru: Sovet kinosunun əfsanəsi Kozinsev) musiqisini bəstələmişdi, Cənubi Afrika yazıçısı Piter Abrahamsın “İldırımlı yollarla” romanı əsasında, irqi ayrıseçkiliyə üsyan əlaməti olan “İldırımlı yollarla” baletini yaratmışdı. Məşhur “Qoyya” filminin musiqisi də Qarayevin idi, “Antiono və Kleopatra” teatr tamaşasının musiqi müəllifi də odur. Dünya musiqi tarixində hadisəyə çevrilən “Üçüncü simfoniya”da Qarayevin istedad və zəhmətinin məhsuludur. Bizim və bütün dünyanın olan Qara Qarayevin...

Qara Qarayev kimi sənətkarlar gələcəyin sənətkarlarıdır. Onun baletləri, simfoniyaları, süitaları, bu günümüzün hadisələri ilə həmahəng səslənir, amma müəyyən zaman keçir, günümüzün hadisələrini ehtiva edən Qarayev musiqisinin yeni məziyyətləri meydana çıxır. Həmin musiqilərdə illər sonra da cəmiyyətdə baş verəcək olayların - insan ehtiraslarının, istəklərinin, çarpışmalarının möcüzəli, narahat notları öz səsləniş dövrünü gözləyir.

Qara Qarayev haqqında çox yazılıb. Amma kimliyindən asılı olmayaraq, heç kəs onun haqqında öz sözünü sonadək deyə bilməyəcək. Necə ki, Şekspir haqqında, Füzuli haqqında, Bethoven haqqında, Rafael, Pikasso, Kafka, Çaplin haqqında hər gələn yeni zaman özü ilə yeni fikirlər, yeni düşüncələr doğurur. Q.Qarayev haqqında da hər gələn zaman öz yeni sözünü deyəcək. Bir sözlə, Qarayev həmişə bizimlədir və o, bizi həmişə gələcəkdə gözləyir. Bütün dahi sənətkarlar kimi...

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Fevral 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri